Aston Martin şirkəti Zagato atelyesinin 100 illik yubileyinə həsr olunmuş DBS GT Zagato və DB4 GT Zagato Continuation modellərinin ilk təsvirlərini dərc edib. Britaniyalılar hər avtomobildən 19 ədəd buraxmağı planlaşdırırlar. Yubiley avtomobilləri altı milyon funt sterlinqə satılacaqdırlar.

Aston Martin DBS GT Zagato modelinin əsasını 725 at qüvvəli DBS Superleggera kupesi təşkil edəcəkdir.  Kupenin dizayn; Zagato atelyesinin dizayn üslubunun təkamülünü nümayiş etdirəcəkdir. Avtomobilin zahiri görkəmindəki əsas element, double-bubble damının müasir interpretasiyası olacaqdır. Bu element öz əksini kupenin kapotunda da tapacaqdır. Yeni model unikal dizaynlı təkər disklərinə, başqa formalı fənərlərə və dəyişdirilmiş radiator barmaqlığına sahib olacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin DB4 Zagato modelinin «davamçı» versiyaları isə,  keçən əsrin 60-cı illərində istehsal edilmiş sportkarlarına maksimum dərəcədə bənzər olacaqdırlar.  2019-cu ilin Aston Martin DB4 GT Zagato modelinin əsasında yüngülləşdirilmiş boru rama duracaqdır. Kuzov panelləri bu ramanın üzərində yığılacaqdırlar. Retrokupeni polşalı mühəndis Tadeuş «Tadek» Marek tərəfindən yaradılan və ikiqığılcımlı alışdırması olan mühərrik ilə təchiz edəcəkdirlər.