Alman "Autobild" dərgisinin yaydığı məlumatda Aston Martin markasının ilk krossoverinin 750 at qüvvəsinə malik olan mühərriklə və arxa görüntü güzgülərinin əvəzinə kameralarla təchiz ediləcəyi bildirilir.

Britaniya istehsalçısı gələcək krossoverin carçısı olan DBX konseptini 2015-ci ilin yazında keçirilmiş Cenevrə avtosalonunda təqdim etmişdir. Konsept təkərlərdə elektromotorları olan hibrid güc qurğusu, litium-ion batareyaları və kinetik enerjinin rekuperasiyası sistemi ilə təchiz edilmişdi.

Krossoverin seriya variantı hibrid sistemi qoruyub-saxlasa da, yeni modelin mühərrik çeşidinə ənənəvi benzin aqreqatlar da daxil ediləcəkdir. Onların arasında Mercedes-AMG məhsulu olan 600 at qüvvəli 4.0-litrlik biturbo V8 mühərriki və 750 at qüvvəli 5.2-litrlik V12 aqreqatı da olacaqdır.

Bu ilin aprel ayında Aston Martin seriya krossoverinin siluetini nümayiş etdirmişdi. Krossover istehsalı ingilis markasının  Uelsdəki yeni zavodunda yerləşdiriləcəkdir. krossoverin istehsalına 2019-cu ildə başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt