Aston Martin şirkəti özünün ilk krossoverinin şassisinin tənzimləmə prosesini davam etdirir. İstehsalçı hazırda DBX prototipini Pirelli şirkətinin İsveçdəki poliqonunda sınaqdan çıxarır. İlk nüsxələrin yığılmasına bu ilin ortasında Seynt Atandakı zavodda başlanacaqdır. Avtomobilin satışlarına 2020-ci ildə başlanmalıdır.

Pirelli şirkətinin tədqiqatlar və işləmələr mərkəzinin meydançası təsadüfən seçilməyib. Burada müxtəlif növ örtüyə malik olan poliqonlar vardır. Bunların arasında qarlı yolları olan trassalardan buzla örtülmüş texniki hissələr də mövcuddur. Soyuq iqlim şəraitində aparılan sınaqlar mühəndislərə yol səthi ilə minimal ilişmənin olduğu şəraitdə, asqının və tam çəkiş sisteminin işini tənzimləmək imkan verir. 

Aston Martin DBX krossoveri Lagonda markasının elektrik modelləri üçün də istifadə ediləcək yeni platformada inşa edilib. Krossover, konseptdəki hibrid güc qurğusunu qoruyub-saxlayacaq. Eyni zamanda, DBX ənənəvi benzin mühərrikləri ilə də təchiz ediləcək. Bunlar Mercedes-AMG istehsalı olan 510 at qüvvəli 4,0-litrlik səkkiz silindrli biturbomühərrik və 750 at qüvvəli V12 mühərrikidir.