Aston Martin şirkəti Williams Advanced Engineering ilə birlikdə hazırladığı Rapid E elektrik superkarının tizerini dərc edib. Britaniya markasının ilk elektrokarının istehsalı Seynt Atandakı zavodda təşkil ediləcəkdir. Elektrokarın ümumi tirajı 155 ədəd olacaqdır.

Aston Martin şirkəti ilk elektrik superkarının layihəsinin reallaşdırılması üçün tərəfdaş kimi yüksək dərəcəli yüngül materialların və yeni növ akkumulyator batareyaların hazırlanmasında ixtisaslaşmış Williams Advanced Engineering mühəndislik firmasını seçib. “Uilyams” mühəndisləri güc qurğusunun tərtibinə, həmçinin batareya və elektromotorların soyudulma sisteminin effektivliyinə cavabdeh olublar.

Aston Martin Rapid E modelində iki elektromotor vardır ki, onalrın da hər ikisi arxa oxda yerləşdirlibdir.

Elektromotorların ümumi gücü 610 at qüvvəsi və 950 Nm təşkil edir. Güc qurğusu V12 mühərrikinin yerində quraşdırılan batareyalardan qidalanırlar. Akkumulyator 5600 ədəd litium-ion özəklərindən ibarətdir və 65 kilovat-saat həcmə malikdirlər.

İlkin məlumata görə, Aston Martin Rapid E superkarı 60 mil/saat (96 km/saat) həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdir. Elektrokarın maksimal sürəti 250 km/saat təşkil edəcəkdir. Avtomobilin yürüş ehtiyatı WLTP dövrü ilə 322 kilometr olacaqdır. Güc aqreqatı Nürburqrinq trekində bir dövrə vurmaq üçün tənzimlənəcəkdir. Mühəndislər Rapid E modelinin aerodinamikasına xüsusi diqqət yetiriblər. Elektrokarın alt hissəsi tamamilə bağlıdır.

Rapid E səsuducu köpük ilə dolu olan Pirelli P-Zero şinləri geyindirilmiş xüsusi təkər disklərinə malik olacaqdır.  Elektromobilin xarakterini benzinlə işləyən Rapid S modelinə bənzər etmək üçün onun asqısını yenidən tənzimləyiblər.

Aston Martin Rapid E modelinin qiyməti potensial alıcılara sorğu əsasında təqdim ediləcəkdir. İlk avtomobillər müştərilərə 2019-cu ilin dördüncü rübündə çatdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt