Aston Martin şirkəti Sarte avtodromunda keçiriləcək «Le Manın 24 saatı» marafonu çərçivəsində özünün ən bahalı avtomobilini nümayiş etdirəcəkdir. Bu avtomobil DBZ Centenary Collection yubiley dəstindən olan DB4 GT Zagato Continuation modelidir.

Xatırladaq ki, 19 nüsxədə buraxılacaq Aston Martin DB4 Zagato Continuation modeli DBS GT Zagato kupesi ilə tandemdə satılır. Bir cüt kolleksiya avtomobilinin qiyməti altı milyon funt-sterlinq təşkil edir. DB4 GT Zagato modelinin istehsalı Aston Martin şirkətinin Nyuport-Paqnelledəki zavodunda təşkil edilib.

“Yenidən buraxılmış” DB4 GT Zagato modellərinin maksimal dərəcədə orijinal sportkara yaxındır. 2019-cu ilin DB4 GT Zagato modelinin əsasını borulardan hazırlanmış rama təşkil edir.

Alüminiumdan hazırlanmış kuzov panelləri bu ramanın üzərində bərkidilir. Detalların dəqiq uyğunlaşdırılmasını təmin etmək üçün mühəndislər müasir rəqəmsal skan etmə texnologiyasından istifadə edirlər. Kuzov üzrə son işlər əl ilə aparılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin DB4 Zagato modeli orijinal avtomobil üçün polşalı mühəndis Tadeuş “Tadek” Marek tərəfindən hazırlamış ikiqığılcımlı 3,7-litrlik mühərrikin 390 at qüvvəsi hasil edən 4,7-litrlik variantı ilə təchiz edilir. Güc aqreqatı dörd pilləli mexaniki qutu ilə tandemdə çalışır. Bundan başqa, sportkar yüksək sürtünməli differensiala da sahib olub.

Sartedə nümayiş etdiriləcək avtomobil Rosso Maja rənginə boyanmış kuzova, Obsidian Black rəngli dəri ilə örtülmüş salona və dəri haşiyəsi olan ayaqaltılara malik olacaqdır.