Aston Martin şirkəti özünün ilk elektrokarı olan Rapid E liftbekini təqdim edib. Elektrokar ikimühərrikli qurğuya, 800 voltluq yeyin yükləmə sisteminə və 155 nüsxəlik məhdud daylı tiraja malik olub.

Aston Martin Rapid E modeli Williams Advanced Engineering (WAE) ilə birlikdə yaradılıb. Bu layihəni həyata keçirmək üçün WAE və Unipart Manufacturing Group güc batareyaları üzrə ixtisaslaşmış Hyperbat Limited birgə müəssisəsini yaradıblar. Aston Martin bu şirkətin ilk müştərisi olub. Fərdi sifarişlə hazırlanmış akkumulyatorlar V12 mühərrikinin, ötürmələr qutusunun və yanacaq çəninin yerində quraşdırılan bloklara bölünüb. Batareyanın tutumu 65 kilovat-saatdır.

1 saatlıq yükləmə sayəsində 50-kilovatlıq terminaldan 298, 100-kilovatlıqdan isə 500 kilometr yürüş əldə etmək mümkündür.

Soyudulmaya az tələbatı olan güc qurğusu dizaynerlərə avtomobilin ön tərəfinin aerodinamikasını optimallaşdırmağa imkan verib. Radiator barmaqlığı yeni görünüşə malik olub, bamperdəki hava yolları isə axını arxa diffuzora effektiv şəkildə yönləndirməyə yardım edir.

Batareya, yüksək sürtünməli differensial vasitəsi ilə arxa təkərləri hərəkətə gətirən iki elektromotoru qidalandırır. Güc qurğusunun ümumi hasilatı 610 at qüvvəsi və 950 Nm fırlanma anıdır. Elektrokar 100 km/saat həddini dörd saniyəyə toplayır və 250 km/saat maksimal sürət həddinə malikdir. Bəyan edilmiş güc batareyanın istənilən enerji səviyyəsi üçün əlçatandır. Rapid E “döyüş” rejimində Nürburqrinqdə dövrə vurmaq imkanına malikdir. Elektrokarın pasport üzrə yürüşü 322 kilometrdir (WLTP).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc qurğusunun və sükan idarəetməsinin tənzimləmələrini üç profili (GT, Sport və Sport+) olan hərəkət rejimlərinin selektoru vasitəsi ilə dəyişmək olar. İstehsalçı elektrokarın sürücünün komandalarına benzin modeli kimi reaksiya verdiyini bildirib. Rapid E modelinin salonunda enerji sərfiyyatı və rekuperasiya sisteminin işi barədə məlumat əks etdirilən 10-düymlük virtual cihazlar paneli quraşdırılıb. Bundan başqa, xüsusi tətbiqin yardımı ilə avtomobili parkinqdə tapmaq, həmçinin naviqasiya sistemi ilə əvvəlcədən hazırlanmış marşrutu sixronlaşdırmaq olar.

 Aston Martin Rapid E Seynt-Atandakı yeni zavodda istehsal ediləcəkdir.