Aston Martin şirkətinin eksklyuziv layihələrə cavabdeh olan Q bölümü, Kembricdə yerləşən dilerin sifarişi ilə DBS Superleggera modelinin bazasında hazırladığı və məhdud sayda buraxılacaq DBS 59 adlı xüsusi seriyanı təqdim edib. 24 avtomobildən ibarət olacaq kolleksiya, 1959-cu ildə Aston Martin DBR1 modelinin “Le Manın 24 saatı” marafonundakı qələbəsinə həsr edilibdir.

Xüsusi seriyadan olan avtomobillər Racing Green yaşıl rənginə boyanmış kuzovu və parlaq örtüklü karbondan hazırlanmış kuzov elementləri ilə seçilir: DBS 59 superkarının damı, splitter və arxa spoyleri kompozit materialdan hazırlanıb. Superkarın salon tərtibatında qara və tünd-qəhvəyi dəridən və orijinal Aston Martin DBR1 modelinin oturacaqlarının örtüyünü xatırladan materialdan istifadə edilib. Sonuncudan qapı və oturacaqların tərtibatında istifadə edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin DBS 59 modeli 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 mühərrikinə malikdir. Güc aqreqatı səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Superkar 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 342 km/saatdır.