Q by Aston Martin bölməsi növbəti layihəsini - DBR22 spidsterini təqdim edib. Hələlik avtomobil konsept statusunda debüt edib, lakin bir müddət sonra o, brendin seçilmiş müştəriləri üçün məhdud sayda buraxılacaq superkara çevriləcəkdir. Aston Martin DBR22 spidsteri V12 Speedster modelinə əsaslanır. Bununla belə, DBR22 orijinal kuzova, dəyişdirilmiş şassiyə, habelə 715 at qüvvəsi və 753 Nm fırlanma anı hasil edən mühərrikə malikdir.

Q by Aston Martin fərdiləşdirmə şöbəsi bu il 10 illik yubileyini qeyd edir. Atelye daha çox  xüsusi sifarişlərlə inşa edilən avtomobillərlə məşğul olsa da, Q bölməsi ilk növbədə Aston Martin Victor, Vulcan və Vantage V600 kimi məhdud buraxılışlı superkarlarla əlaqələndirilir.

İndi Q by Aston Martin bölməsinin əsərlərinə, yarış DBR1 və DB3S avtomobillərindən ilhamlanaraq yaradılmış DBR22 konsepti də qoşulub. Konsept V12 Speedster modelinin modifikasiya edilmiş şassisi üzərində inşa olunub və gücü 715 at qüvvəsinə qədər artırılmış V12 mühərriki ilə təchiz edilib.

Bundan əlavə, DBR22, minimum sayda qovuşuqları olan yeni kuzova, ön tərəfdəki “açıq ağıza”, arxa tərəf boyu uzanan işıqlara və onun altlındakı isti havanı çıxarmaq üçün nəzərdə tutulmuş dəlikli örtməyə malikdir.

Gözlə görünməyən dəyişikliklər də çoxdur. Belə ki, arxa alt çərçivə 3D-printerində çap edilmiş alüminium elementlərdən yığılıb, ön və arxada isə, unikal sərtlik panellər var. DBR22 daha dəqiq əks əlaqəni təmin edən adaptiv amortizatorların və sükan idarəetməsinin fərdi tənzimləmələrinə malikdir.

Orijinal proqram təminatından o cümlədən, sükanaltı dəstəkləri olan səkkiz pilləli “avtomat” və 5,2-litrlik V12 biturbo mühərriki üçün də istifadə olunur. DBR22 konseptində V12 Speedster və V12 Vantage modellərindən tanış olan AE31 aqreqatının hasilatı ilə fərqlənən başqa bir versiyası quraşdırılıb: 753 Nm-lik fırlanma anı dəyişilməz qalsa da, mühərrikin gücü 700-dən 715 at qüvvəsinə qədər artırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, əlavə “atlar” 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə dinamikasına təsir göstərməyib: konsept bu tapşırığı V12 Speedster modeli ilə eyni müddətə - 3,4 saniyəyə yerinə yetirir.

Aston Martin DBR22 spidsterinin konsept avtomobili olaraq qalmayacağı artıq məlumdur. O, brendin seçilmiş müştərilərinin kiçik qrupu üçün nəzərdə tutulub. Hələlik tirajın sayı və ya qiymətlər barədə məlumat verilməyib. Lakin avtomobil gələn həftə sonu, avqustun 19-dan 21-dək Kaliforniyada keçiriləcək Pebble Beach Concours D' Elegance müsabiqəsində canlı olaraq görmək mümkün olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.