Növbəti iki il ərzində Aston Martin şirkəti 10 təqdimat keçirməyi planlaşdırıb. Bu barədə, The Financial Times nəşrinə verdiyi müsahibəsində Britaniya markasının yeni baş direktoru Tobias Moers bildirib.

Təəssüf ki, mövcud maliyyə vəziyyəti Aston Martin şirkətinə həqiqətən yeni modellərin yaradılmasına pul xərcləməyə imkan vermir. Odur ki, markanın məhsul xəttini mövcud olan avtomobillərin yeni modifikasiyaları vasitəsi ilə yeniləmək nəzərdə tutulur. Bu cəhətdən əsas üstünlük DBX krossoverinə veriləcəkdir. Hələlik hər hansı məlumatın olmasına baxmayaraq, əvvəllər markanın kreativ direktoru Marek Rayxman DBX model xəttinin yeddiyerli versiya və kross-kupe variantı ilə genişləndirə biləcəyini söyləmişdi.

Lagonda elektromobil subbrendi layihəsinə hələlik fasilə verilib, lakin şirkətin model çeşidi üzrə orta emissiya səviyyəsini azaltmaq üçün ən azından hibridlərə ehtiyacı var, odur ki, DBX modeli belə hibridlərdən biri ola bilər. Daha əvvəl də xəbər verildiyi kimi, Moersin vaxtı ilə rəhbəri olduğu Mercedes-AMG bölməsi briyaniyalılarla müvafiq texnologiyalar ilə bölüşə bilər.

Eyni zamanda, güc qurğuları xüsusi olaraq Aston Martin üçün hazırlanacaqdır. Bunun üçün, alman avtomobil istehsalçısı Aston Martin şirkətindəki iştirak payını 20 faizə qədər artıracaqdır.

Eyni vaxtda markanın V12 mühərrikinin gələcək taleyi hələ də sual altındadır. Hər halda, DBX modelində bu aqreqatdan istifadə etməyəcəkdir. Bunu artıq Marek Rayxman və baş mühəndis Mətt Bekker bir neçə ay əvvəl təsdiq ediblər.

Öz növbəsində, şirkətin ən iri səhmdarı və İdarə Heyətinin yeni sədri Lourens Stroll, xərclərin azaldılması üçün yollar axtarmağa davam edir. The Times qəzetinin bildridiyinə görə, bütün boya işlərini Geydondan Uelsdəki yeni zavoda köçürülməsi ehtimalı nəzərdən keçirilir.