Aston Martin şirkəti Project 003 kod adlı yeni hiperkarı buraxacağını bəyan edib. Ortamühərrikli kupe Valkyrie hiperkarının texnologiyalarını əldə edəcək və daha sərfəli olacaqdır. Valkyrie modelindən bir pillə aşağıda qərarlaşacaq hiperkar 500 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır.

2021-ci ildə satışa çıxarlacaq modelin zahiri görkəmi barədə, təqdim edilmiş eskiz vasitəsi ilə mühakimə yürütmək olar. Bu. McLaren superkarları ilə bənzər proporsiyaları və inkişaf etdirilmiş aerodinamikası olan kiçik avtomobildir. Project 003 hiperkarı Aston Martin Valkyrie modelinin gündəlik istismara daha yararlı və əlverişli varinatı olacaqdır.

Hiperkar baqaj bölümünə və bütün bazarlarda satışına icazə verən sertifikata sahib olacaqdır. Hiperkarın əsasını karbonplastikdən hazırlanmış və alüminium rama altıları bərkidilən  yüngülləşdirilmiş monokok təşkil edəcəkdir. Project 003 benzin turbomühərrikinin əsasında yardılmış hybrid güc qurğusu, aktiv aerodinamika və adaptive asqı ilə təchiz edəcəkdirlər.