Audi şirkəti A8 bayraqdar sedanının yeni nəsli üçün idman dəstini hazırlayıb. Yeni idman dəstinin tərkibinə kuzovun daha aqressiv elementləri və ön idman oturacaqları daxildir.

İdman dəstinin tərkibinə aşağı hissəsində quraşdırılan əlavə alüminium işləmələri və duman əleyhinə fənərlərin yeni dizaynlı seksiyası olan ön bamper daxildir. Bu seksiyanın torşəkilli barmaqlığı daha iri ölçülərə və onu visual olaraq radiator barmaqlığından ayıran şaquli bölmələrə malik olub. Bundan başqa, avtomobil iri ölçülü kandar əlavələrinə və diffuzor quraşdırılmış arxa bampera sahib olub. Salonda isə “S” hərfi həkk edimiş və artırılmış yan dəstəyi olan idman oturacaqları quraşdırılıb.

Avropada yeni idman dəsti yanvar ayının sonlarından başlayaraq təklif edəcəkdir. Xarici təkmilləşdirmələr dəsti 1950 avroya, oturacaqlar isə 4520 avroya başa gələcəkdir.

Yeni nəsil Audi A8 sedanı bu ilin iyul ayında debüt edib. Yeni flaqman tıxaclar üçün avtopilot sistemini, yoldakı kəsək öncəsi təkəri, qəza öncəsi isə kuzovu qaldıran asqını, arxa sərnişinlərin ayaqlarının massajı funksiyasını əldə edib.

Image alt Image alt Image alt Image alt