Audi şirkəti və Blue Sky Studios studiyası Spies in Disguise (“Gizli cəsus”) cizgi filmi üçün virtual avtomobil hazırlayıblar. Cizgi filmindəki baş qəhrəmanı məşhur aktyor Uill Smit səsləndirir.

Virtual avtomobil RSQ e-tron adlandırılıbdır. Xatırlayırsınız isə, eyni adlı Audi RSQ sportkarı Uill Smitin baş rolunu oynadığı “Mən robotam” filmi üçün inşa edilmişdir. Yeni virtual avtomobilin Audi R8 superkarına və hərəkət edən monokoku olan PB18 e-tron modelinə bənzərlik daşıdığını söyləmək olar.

Cizgi filmindəki sportkar avtopilota, güzgülər əvəzinə kameralara, holoqrafik cihazlar panelinə və müxtəlif “cəsus” qurğularına malik olan elektrokardır. Yeni filimin gələn ilin avqustunda kirayəyə çıxacağı bildirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt