Audi şirkəti müştərilərinə e-tron krossoverinin çatdırılma müddətini uzatmağa məcbur qalıb. Problem batareya çatışmamazlığı ilə bağlıdır. Eyni zamanda, istehsalçı elektrokarın planlaşdırılan buraxılış həcmini 10 min nüsxə azaldıb.

The Bussels Times nəşrinin bildirdiyinə görə, Audi e-tron modelinin yeganə batareya tədarükçüsü olan LG Chem şirkəti (Cənubi Koreya) yenidən batareyaların qiymətini qaldırıb. Bunun nəticəsində də Audi şirkəti illik planlara düzəliş etmək və elektrokarın istehsal həcmini 10 min avtomobil azaldaraq 45242 ədəd səviyyəsində saxlamaq məcburiyyətində qalıb. Üstəlik, elektrik güc aqreqatlarının çatdırılmasını yavaşlamasına Macarıstanın Dyor şəhərindəki mühərrik zavodundakı baş vermiş tətil səbəb olub.

Hazırda e-tron modelinin buraxıldığı Audi Brussels zavodu gərək olan səkkiz saatlıq iş rejimində deyil, altı saatlıq iş rejimində fəaliyyət göstərir. Marka nümayəndələrinin sözlərinə görə, çatdırılmalardakı gecikmələr iki-yeddi ay arasında ola bilər. Audi belə vəziyyət ilə ilk dəfə qarşılaşmır. Keçən ilin oktyabrında alman istehsalçısı krossoverin seriyaya buraxılmasını təxirə salmaq məcburiyyətində qalıb. Buna səbəb proqram təminatındakı səhvlər bə batareyaların qiymətinin qəfil artımı olub. O zaman geçikmənin bir ay çəkəcəyi bildirilmişdi.