Audi şirkətinin baş dizayneri Mark Lixte, VW Group tərəfindən Landjet kod adlı layihə çərçivəsində hazırlanacaq gələcək elektromobillə bağlı bəzi detalları açıqlayıb.

Daha əvvəl məlum olduğu kimi, Volkswagen Group konserni Audi, Bentley və Porsche markaları altında buraxılacaq olan Landjet kod adlı naməlum elektromobili hazırlayır. Audi şirkətinin baş dizayneri Mark Lixte Car & Driver nəşrinə perspekti "vçoxmarkalı" elektrik avtomobilinin "inqilabi" bir dizayn malik olacağını bildirərək, alman markasının mövcud olan korporativ üslubunu yaddan çıxarmağı məsləhət görüb.

Onun sözlərinə görə, yeni elektrokar "tamamilə fərqli" görünəcəkdir. Çox güman ki, Landjet elektrik güc qurğusu ilə hərəkətə gələn və ən müasir avtonom idarəetmə sistemi ilə təchiz edilmiş Gran Turismo olacaqdır.

İnsayderlərin bildirdiyinə görə, sirli elektromobil salonda üç oturacaq sırası və yeddi oturacaq quraşdırılacaq, lakin bu konfiqurasiyaya baxmayaraq klassik üçhəcmli kuzova sahib olacaqdır. Yeni elektrokar konsernin daxili sənədlərində Tesla Model S modelinin əsas rəqib adlandırılır.

Çox güman ki, salonda üç oturacaq sırasının yerləşdirilməsinə daxili yanma mühərrikindən imtina edilməsi sayəsində nail olunacaqdır. Beləliklə, bənzər quruluş və ölçüləri ilə Landjet, məsələn, Audi model xəttindəki ən böyük sedandan - A8 modelindən daha geniş olacaqdır. Konveyerə ilkin olaraq Audi markası altında buraxılacaq elektromobil çıxacaqdır. Modelin buraxılmasına 2024-cü ildə başlanmalıdır.