Keçən həftə Audi şirkəti Cenevrə avtosalonunda debüt edəcək Q4 e-tron konseptinin eskizlərini dərc etmişdi. 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində satışa çıxarılacaq avtomobil Audi e-tron krossoverindən sonra alman markasının ikinci elektrokrossoveri olacaqdır.

Alman istehsalçısı MEB modul platformas;nda inşa edildiyi ehtimal olunun krossoverin üç eskizini dərc edib. Bunlardan ikisi eksteryeri, biri isə salonun şəkilləridir. Bu günlərdə "Auto Express" saytı Audi Q4 e-tron konseptinin bir neçə yeni eskizlərini dərc edib. Bu eksizlərdə avtomobilin arxa hissəsinin dizaynını əks etdirən təsvirlə yanaşı, elektrokarın salonun əlavə təsvirləri də vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eskizlərdən göründüyü kimi, krossoverin dizaynı alman markasının müasir firma üslubunda tərtib edilibdir. Məsələn, elektrokarın ön hissəsinin dizaynı bayraqdar Q8 modelini xatırladır. Elektrokarın bənzər səkkizbucaqlı radiator barmaqlığı, iri hava girişləri və çoxlu özəkləri olan nazik formalı LED fənərləri vardır. Arxa tərəfə baxdıqda isə, işıq texnikasının e-tron modelindəkinə bənzədiyini görmək olar.

Salon dizaynına gəldikdə isə, Q4 e-tron modelinin də taçskrinlərlə bolluca təchiz edildiyini görmək olar. İnteryer tərtibatı isə, Audi e-tron GT modelinin üslubunda həll edilibdir.