2019-cu ildə Cenevrə avtosalonunda Volkswagen şirkətinin MEB modul platformasında istehsal ediləcək elektrik avtomobilinin carçısı olan Audi Q4 e-tron konsept krossoveri nümayiş etdirilmişdi. Audi Q4 e-tron Avropa bazarında debüt etməyə hazırlaşan Volkswagen ID-modelləri, Skoda Enyaq krossoveri və Seat el-Born hetçbeklərinin yaxın qohumu olacaqdır. Ümumi arxitekturadan başqa, gələcək elektrokarlar ailəsi demək olar ki, eyni texniki hissəyə malik olacaqdırlar.

Bununla belə, ilkin məlumata görə, Audi tamamilə orijinal kuzova və interyerə sahib olacaqdır. Bunu, bu günlərdə casuslara rast gələn kamuflyajlı prototipin görüntüləri də təsdiqləyir.

Əlbəttə ki, kuzov panellərinin əksər hissəsini kamuflyaj örtüyü gizlədir. Odur ki, prototipin konseptlə olan fərqlərini müəyyən etmək o qədər də asan deyil. Ancaq, hazırda, klirensin və təkər disklərinin ölçülərinin kiçildiyini, kuzovun ön hissəsindən iri hava girişlərinin yoxa çıxdığını və arxa bamperdəki iri diffuzorun yerini daha sadə panelə verdiyini görmək olar.

LED ön fənərlər daha sadə naxışları əldə ediblər, arxa fənərlər isə, böyük ehtimalla, markanın yeni korporativ üslubuna uyğun olaraq işıqlanan zolaqla birləşdiriləcəklər.

Təəssüf ki, casuslara interyerin şəkillərini çəkmək nəsib olmayıb, odur ki, seriya modelinin interyerinin konsept avtomobilinin üslubunda tərtib ediləcəyi yalnız ehtimal etmək olar. Bundan əlavə, transmissiya tunelinin olmaması, salonda geniş məkanın olacağını vəd edir.

Döşəmənin altında yerləşən litium-ion batareyası, çox güman ki, elan edilmiş tutumunu (82 kilovat-saat) qoruyub-saxlayacaqdır - onun cərəyanı 450 kilometr yürüş etmək üçün kifayət etməlidir. Ön oxda quraşdırılan 102 və arxa oxdakı 204 at qüvvəli mühərriklərin dəyişilmədən seriya krossoverinə köçürülməsi gözlənilir.

Elektrik krossoverlərinin istehsalına bu il Volkswagen şirkətinin Zvikkaudakı zavodunda başlanacaqdır. Audi Q4 e-tron modelinin rəsmi təqdimatı yaxın günlərdə yaxın günlərdə baş tutmalıdır.