Məlumdur ki, Çində uzun bazalı biznes-sedanlar xüsusilə populyardır. Məsələn, BMW 5-Series və Mercedes-Benz E-Class modelləri Çində yalnız uzunbazalı modifikasiyada təklif olunur. Bu günlərdə bü cütlüyə daha bir sedan qoşulub.

Audi şirkəti Quançjouda keçirilən avtosalonda dördüncü nəsil A6 sedanının uzunbazalı variantını təqdim edib. Avtomobilin təkər bazası 100 millimetr artırılaraq 3024 millimetrə bərabər olub. Artıq sedanın uzunluğu 5038 millimetr təşkil edir.

Çin bazarında satılacaq Audi A6L modelinin mühərrik çeşidinə yalnız 2,0-litrlik turbomühərriklər daxil edilibdir. Güc aqreqatı iki variantda – 190 və 224 at qüvvəsində təklif edilir. Sonradan sedan 3,0-litrlik altı silindrli turmobotor və hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.

Qeyd etmək lazımdır ki, Avropada Audi A6 modeli yalnız 3,0-litrlik dizel və benzin mühərrikləri ilə təklif edilir.