Audi R8 sportkarı alman markasının model xəttində xüsusi yer tutur. Dünyada 5,2-litrlik V10 mühərriki ilə təchiz edilən model o qədər də çox deyildir. Lakin, bu avtomobilin başqa bir cəhəti vardır. Audi şirkətinin nümayəndəsi "Autocar" dərgisinə verdiyi müsahibəsində hər bir R8 modelinin konveyerdən çıxdıqdan sonra ümumi istifadə yollarında sınaqdan keçirildiyini bildirib. Texniki mütəxəssislər avtomobildə 40 kilometr məsafə qət edərək onun keyfiyyətini yoxlayırlar.

Avtomobilin zərər görə biləcək hissələri xüsusi örtüklə bağlanır ki, müştəri zədələnməmiş avtomobili almış olsun. Hətta, pis hava şəraiti də test-pilotlara maneə törədə bilməz - onlar yağışlı havada belə sınaqları davam etdirirlər. Audi R8 sportkarı şirkətinin genış model xəttində əlavə keyfiyyət nəzarətinə məruz qalan yeganə modeldir.  Modelin idman xarakterini və Audi markasının ən bahalı avtomobili olduğunu nəzərə alsaq, bu o qədər də təəccüblü deyildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt