Audi şirkəti RS xəttindən olan ilk elektromobilini təqdim edib. Seriyaöncəsi e-tron GT RS sedanı konseptdən elə ciddi fərqlənmir. Bununla belə, isyehsalçı yeni elektrokarın texniki xüsusiyyətlərini hələ də gizli saxlayır. Prototip, “Spanın 24 saatı” marafonundan öncə, bu seriyada yarışan Audi R8 LMS bolidləri ilə birlikdə fotosessiyada iştirak edib.

Audi e-tron GT modelinin seriya versiyasının yaxın zamanda debüt etməlidir. Elektromobilin Almaniyanın Nekkarzulm şəhərindəki zavoddakı istehsalına ilin sonuna qədər başlanmalıdır. Audi e-tron GT modeli Porsche Taycan sedanı ilə eyni PPE platformasını paylaşacaq, elektrokarın top versiyası isə Audi Sport bölməsinin buraxdığı RS ailəsinin ilk elektromobili olacaqdır.

Image alt Image alt Image alt

Audi e-tron GT RS modelinin tam ötürməli olacağı və 700 at qüvvəsinin üzərində gücə malik olan güc qurğusu ilə təchiz ediləcəyi təsdiqlənib. İnsayderlər Audi şirkətinin Porsche şirkətinin yolu ilə getməyəcəyini və e-tron GT modelinin ən güclü versiyasını üçmühərrikli güc qurğusu ilə təchiz ediləcəyini bildirirlər. Hazırda belə aqreqatla e-tron S elektrik krossoverləri təchiz edilirlər. 95 kilovat-saatlıq dartma batareyası Audi e-tron GT RS modelinə 400 kilometr (WLTP) qət etməyə imkan verəcəkdir.

Audi e-tron GT modelinin istehsalının R8 idman avtomobilləri ilə birlikdə yığılacağını nəzərə alsaq, Belçikadakı trekdə çəkilən şəkil simvolikdir - xatırladaq ki, elektromobil R8 LMS yarış avtomobilləri ilə əhatə olunub.