Audi şirkəti "bərkgedən" SQ2 krossoverini yeniləyib. Model yenilənmiş eksteryerə malik olub və yeni avadanlıqlar əldə edib. Eyni zamanda, krossover dinamikada bir qədər itirib: SQ2 yerindən 100 km/saat həddinə sürətlənməyə 0,1 saniyə artıq vaxt sərf edir.

İki il bundan əvvəl təqdim olunan Audi SQ2 modelinin mühərriki eyni olaraq qalır: 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasi edən 2,0-litrlik turbomühərrik fırlanma anını artırmaq və sərfiyyatı azaltmaq üçün buraxılış klapanlarının qaldırılmasını tənzimləyən Audi Valvelift Sistemi (AVS) ilə təchiz edilir. Mühərrik 100 kilometrə 7.7 litr yanacaq sərf edir və Euro-6 ekostandartına uyğundur. Krossover 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir və 250 km/saatlıq maksimal sürət həddinə malikdir.

Mühərrik "uzun" yeddinci pilləsi robotlaşdırılmış S-tronic robotu və elektro-hidravlik çoxddiskli muftası olan quattro tam ötürmə sistemi ilə birlikdə çalışır. Muftanın ağırlığı yeniləmə zamanı demək olar ki, bir kiloqram azaldılıb.

Audi SQ2 modelinin avadanlıq siyahısına hündürlüyü 20 millimetr azaldılmış idman asqısı və dəyişən ötürmə nisbəti olan sükan idarəetməsi daxildir. Eyni zamanda, beş rejimi (auto, comfort, dynamic, efficiency və individual) olan Audi Drive Select sistemi də mövcuddur.

Yenilənmiş krossover yeni ön fənərlərə, fərqli radiator barmaqlığına və daha aqressiv bamperlərə sahib olub. Standart olaraq, krossover 235/40 ölçülü şinləri olan 18-düymlük təkər diskləri ilə təchiz edilir. Əlavə ödəniş ilə, 19-düymlük təkər disklərini və 235/40 ölçülü şinləri əldə etmək olar. Bundan əlavə, "bərkgedən" krossover ön tərəfdə 340 millimetrlik, arxada isə 310 millimetrlik əyləc diskləri, habelə qırmızı əyləc supportları ilə təchiz olunur. Arxa oturacaqların mövqeyindən asılı olaraq baqaj bölümünün həcmi 355 -1000 litr arasında dəyişir.

Inqolstadt markası interyer üçün rəng çeşidi və tərtibat materialları ilə fərqlənən dörd paket təklif edir. Müştərilər orijinal dəridən əlavələri olan parça örtüyü və ya Nappa dərisi, həmçinin alkantaranı əvəz edən Dinamica mikrofiberi və dəri ilə tərtibatı sifariş edə bilərlər. Bütün variantlarda təkrar emal edilmiş materiallardan və hətta plastik şüşələrdən də istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Audi SQ2 modeli standart olaraq LED işıq texnikası (matrisa fənərlər opsiyadır), kondisioner və idman sükanı ilə təchiz edilir. Bahalı versiyaların təchizatına klimat-kontrol, virtual kokpit və Wi-Fi giriş nöqtəsi daxildir. Bundan əlavə, avadanlıq siyahısına Audi pre sense təhlükəsizlik sistemi, adaptiv kruiz-kontrol, yol nişanı tanınması və park yardımçısı daxildir.

Almaniyada və digər Avropa ölkələrində yenilənmiş Audi SQ2 krossoverinə artıq sifarişlər qəbul edilir. Modelin satışlarına 2021-ci ilin əvvəllərində başlanmalıdır. Krossoverin qiyməti 45,700 avrodan başlayır.