Audi şirkəti dizel mühərrikinə, elektrik kompressorunu və startyor-generatoru qidalandıran 48 voltluq batareyaya malik olan yeni SQ5 modelini təqdim edib. Köhnəlmiş NEDC dövrünə əsasən krossover 100 kilometrə 6,6-6,8 litr yanacaq sərf edir.

Audi SQ5 TDI modelinin güc qurğusunun tərkibinə 347 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik dizel mühərriki daxildir. Güc aqreqatı karterin və silindr başlığının soyudulmasının ayrı konturlarına, dəyişən geometriyası və 2,4 barlıq ufurmə təzyiqi olan turbokompressora malikdir.

Mühərrikin giriş kanalında yeddi kilovatlıq elektromotora birləşdirilmiş elektrik kompressoru quraşdırılıb. 300 millisaniyə ərzində elektrokompressor 65 min dövr dəqiqəyə qədər fırlanır və 1,4 barlıq təzyiq yaradır. Audi SQ5 TDI yerindən 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir və elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmış maksimal sürətə malikdir.

Startyor-generator (BAS) və 10 amper-saatlıq litium-ion batareyasından ibarət olan yumşaq hibrid sistemi 100 kilometrə 0,7 saniyə yanacaq qənaət etməyə imkan verir. Avtomobilin yavaşlaması zamanı BAS sistemi 12 kilovatlıq elektrik enerjisini rekuperasiya edir. Audi SQ5 TDI modelində start-stop sistemi 22 km/saat həddinə qədər sürətlərdə çalışır. Gillənmə ilə hərəkət zamanı hibrid sistem ötürmələr qutusunun muftasını ayırır və mühərriki 40 saniyəlik söndürür.

Audi SQ5 TDI modeli səkkiz diapazonlu avtomatik qutu və quattro tam çəkiş sistemi ilə təchiz edilir. Adi rejimdə sistem fırlanma anını oxlar arasında 40:60 nisbətində bölür, lakin ilişmənin itirilməsi halında anının 70 faizi ön oxa, 85 faizi isə arxa oxa ötürlə bilər. Döngələrdə dayanıqlılığı yaxşılaşdırmağa daxili təkəri yavaşladan dartma vektoruna nəzarət sistemi yardım edir. Opsional olaraq, aktiv arxa differensialı da sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlavə olaraq, SQ5 TDI modeli hündürlüyü 30 millimetr azaldılmış asqı, elektronika ilə idarələnən amortizatorlar, hərəkət rejimlərinin dəyişdirilməsi sistemi, 20-düymlük təkər diskləri, 375 millimetrlik diskləri və altı porşünli supportları olan əyləc mexanizmləri ilə təchiz edilir. Opsional olaraq adaptiv pnevmoasqını sifariş etmək olar.

Audi SQ5 TDI modeli markanın alman dilerlərinə bu ilin yayında çatdırılacaqdır. krossover 67750 avrodan başlayan qiymətlərlə satılacaqdır.