Audi şirkəti TTS sportkarının Memorial Edition indeksli daha bir vida versiyasını təqdim edib. 2023-cü ildə Audi şirkəti yığcam kupe və rodsterin istehsalına son verməyə hazırlaşır, bununla belə, əfsanəvi TT modelinin rəsmi varisinin olub-olmayacağı məlum deyil. Odur ki, idman avtomobili alman markasının model xəttini həmişəlik tərk edə bilər.

Lakin TT modelinin müxtəlif ölkələrdəki pərəstişkarlarının məhdud seriyadan olan vida sportkarlarını almaq imkan var, çünki alman brendi hər bir bazar üçün özünəməxsus tərtibatı hazırlayıb. Bu dəfə Yaponiya üçün hazırlanmış modifikasiya təqdim olunub.

Alman avtomobil istehsalçısı xüsusi olaraq Doğan Günəş Ölkəsi üçün Audi TTS Memorial Edition kupesini hazırlayıb. Glacier White, Mythos Black və Kronos Grey rənglərində əlçatan olan avtomobil, kuzov tərtibatındakı bürünc vurğular, eyni bürünc rəngli iki 20-düymlük təkər diskləri və tutqun qara rəngə boyanmış çərçivəsi və xüsusi dizaynlı alüminium örtməsi olan xüsusi radiator barmaqlığına malikdir.

Vida versiyasının salonunda yalnız təzadlı bürünc tikişlər və boz haşiyəsi olan Nappa dərisi ilə üzlənmiş oturacaqları görmək olar, lakin digər cəhətdən o, baza modelini təkrarlayır. Bununla belə, vida versiyasının təchizatı maksimal dərəcədə zəngindir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin heç bir texniki dəyişiklik yoxdur - Memorial Edition, adi Audi TTS kimi, 320 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki, 7-pilləli S tronic transmissiyası və quattro tam ötürməsi ilə təchiz edilidir.

Böyük Britaniya bazarı üçün hazırlanmış TT Final Edition və ABŞ üçün hazırlanmış TT RS Heritage Edition vida modelləri artıq təqdim edilsə də, Audi Memorial Edition nəşrini “ilk vida versiyası” adlandırır, buna görə də pərəstişkarı gələcəkdə idman avtomobilinin bir neçə final versiyası gözləyir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.