Audi şirkəti RS 3 modelinin yeni nəsli haqqında ətraflı texniki məlumat ilə paylaşıb, üstəlik avtomobillərin geniş çeşiddə rəsmi şəkillərini dərc edib. Doğrudur, avtomobillər kamuflyajda olsalar da, hər iki kuzov variantında təqdim ediliblər.

Yeni Audi RS modelini fərqləndirən əsas cəhəti, eyni platformanı bölüşdüyü Volkswagen Golf R hetçbekindən alınmış qabaqcıl tam ötürmə sistemi olacaqdır. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, İngolstadtda müasir trendə uyğun olaraq, arxa oxdakı ənənəvi çoxdiskli muftadan imtina ediblər.Onu  arxa təkərlərin valında quraşdırılnan iki çoxdiskli muftası olan RS Torque Splitter sistemi əvəzləyib. Əlbəttə ki, baş ötürmədəki differensial da ləğv edilib.

Belə növ transmissiya, aviasiya dili ilə desək, idarəolunan dartma vektorunu həyata keçirməyə imkan verir. Məsələn, sol döngələrdə dartma qüvvəsi əksər hissəsi sağ arxa təkərə, sağ döngələrdə isə əksinə - sol arxa təkərə yönləndirilir. Döngədən çıxdıqda isə, dartma qüvvəsi hər iki təkərə eyni dərəcədə ötürülür. İdman rejimində, fırlanma anının paylanmasındakı üstünlük arxa oxa verilir, sakit hərəkət zamanı isə Audi RS 3 modeli ön ötürməli olur.

Çoxdiskli muftaların hər birinin öz idarəetmə bloku var – bu blok təkərin sürətini, uzununa və köndələninə sürətlənməsini, qoşulmuş pilləni, qaz pedalının mövqeyini və digər parametrləri nəzərə alır. Kilidləmə dərəcəsi xüsusi aktuatorlar tərəfindən idarə olunur. Bütün bu sadalananlara, avtomobilin ümumi dinamikasından məsul olan baş kompüter nəzarət edir.

İdarəetmə məntiqini təsvir etmək uzun və yorucu olacaq, odur ki, aşağıdakı videoçarxa baxmağı təklif edirik. Kadrlardan göründüyü kimi, pilot uzun müddət RS 3 modelini ciddi bucaqları olan sürüşmədə saxlamağı bacarır. Başqa sözlə, "bərkgedən" sedan və hetçbek sələflərindən daha əyləncəli və ekstremal olmalıdır.

Yeri gəlmişkən, müxtəlif şəraitlərə görə tənzimlənmiş yeddi hərəkət rejimi var – həyəcanlı driftən (RS Torque Arxa) tutmuş treklərdə trayektoriya üzrə akademik idarəetməyə (RS Performance) qədər. Maraqlıdır ki, sonuncu rejimin tənzimləmələrini müəyyən şin modelinə uyğun hazırlayıblar - əlbəttə ki, bu şinlər artıq konveyerdə Audi RS 3 modellərinə taxılacaq Pirelli P Zero Trofeo R şinləridir.

Audi RS 3 çodelinin kapotunun altında yerləşən 2,5-litrlik beşsilindrli turbomühərrikin yüngül şəkildə təkmilləşdirildiyi də məlumdur. Mühərrikin təxminən 420 at qüvvəsinə malik olacağı söylənilir, lakin maksimal fırlanma anı artıq daha erkən və daha uzun müddət əlçatan olacaqdır. İlkin məlumata görə, 500 Nm-ə qədər artırılmış fırlanma anı 5600 - 7000 dövr/dəqiqə aralığında əlçatan olmalıdır.

İdarələnən çəpərciyi olan yeni buraxılış sistemi avtomobili möhtəşəm səs, lonç-kontrol funksiyasına sahib olan təkmilləşdirilmiş yeddi pilləli S tronic “robotu” isə dartma qüvvəsinin effektiv idarə olunması ilə təmin edəcəkdir.

RS 3 modelinin dinamikası da yaxşılaşacaqdır:  100 km/saat həddinə sürətlənmənin 3,8 saniyəyə (- 0,3 saniyə) endiriləcəyi vəd olunur. Maksimum sürət ənənəvi olaraq 250 km/saat həddində məhdudlaşdırılacaqdır, lakin müştərinin istəyi ilə maksimal həddi 280 km/saata, karbon-saxsı əyləc mexanizmlərinin sifariş edilməsi halında isə 290 km/saata qədər çəkmək mümkün olacaqdır.

Ənənəvi olaraq, Audi RS 3 modeli daha geniş təkər izi, müxtəlif ölçülü şinləri, təkərlərin özünəməxsus quraşdırılması bucağı, sərt tənzimləmələri, adaptiv (əlavə ödəniş ilə) amortizatorları və Audi S3 modelinə nisbətən 10 millimtr azaldılmış klirensi olan xüsusi şassini alacaqdır. Konstruktiv cəhətdən hər şey tanışdır: öndə McPherson dayaqları, arxada çoxqollu asqı. Bununla belə, "bərkgedən" versiyaların geometriyası özünəməxsus olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Beləliklə, ekstremal sedan və hetçbekin son dizaynı istisna olmaqla heç bir sirrin qalmadığı aydındır. Bu isə, Audi şirkətinin yeni RS 3 ailəsinin tezliklə təqdim edəcəyindən xəbər verir. İdman avtomobillərinin satışına 2021-ci ilin payızında başlanmalıdır.