2019-cu ilinin Qələbə Günü paradının məşqləri zamanı ilk dəfə olaraq yeni Aurus kabrioletlərini kamuflyajsız çəkiblər.

Bir həftə bundan öncə, Aurus markasının yeni kabrioletləri Qızıl meydandadakı məşq zamanı çəkilmişdilər. O zaman, kabrioletlər güclü kamuflyajla örtülmüşdülər. Növbəti məşq zamanı isə kabrioletlər bu örtükdən tamamilə azad olublar. Moskvaətrafındakı Alabinoda paradın növbəti məşqləri zamanı kabrioletlər Rusiya telekanallarının videokameralarının obyektivlərinə tuş gəliblər. Yeni kabrioletlər Aurus Senat sedanlarının sərt damı olmayan versiyasıdır. 

Əvvəllər Aurus Convertible modelinin rəsmi təqdimatının 9 may günü keçirələcəyi bildirilmişdir. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov kabrioletin tərkibinə 598 at qüvvəis və 880 Nm fılanma anı hasil edən 4,4-litrlik V8 mühərriki, 40 at qüvvəli elektromotor daxil olduğu hibrid güc qurğusu, doqquz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz ediləcəyini bildirib. Belə qurğuya malik olan sedan 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.

Kabriolet 20 millimetr azaldılmış klirensə və gücləndirilmiş çiyin xəttinə malik olacaqdır. Kabrioletin salonunda əlavə dəstək, mikrofonları olan dayaq quraşdırılıb. Parad avtomobilinin salonu suyadavamlı materiallar ilə örtülüb.