“Autobild” nəşrinin jurnalistləri üçüncü nəsil Kia Ceed modeli barədə təfsilatı açıqlayıblar. Model nəinki adındakı apastrof işarəsindən məhrum olub, o həmçinin yeni yüngülləşdirilmiş platformada inşa edilibdir. Yeni hetçbekin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Yeni nəsil Kia Ceed modeli Cənubi Koreya markasının daha möhkəm və yüngül K2 platformasında inşa edilmiş ilk avtomobili olacaqdır. Yeni platforma əvvəl istifadə edilən J4 platformasından 25 kiloqram yüngüldür. K2 platforması asqı arxiyekturasını dəyişilməz qalmasına imkan verir – öndə McPehrson və arxada çoxqollu asqı.

Ölçülərinə görə yeni avtomobil cari modellərdən fərqlənməyəcəkdir. Ceed modelinin uzunluğu 4310 millimetr, eni – 1800 millimetr, hündürlüyü isə 1447 millimetr. Bu yeni modelin əvvəlkindən 20 millimetr enli və 23 millimetr alçaq olduğundan xəbər verir. Təkər bazasının uzunluğu dəyişilməz qalıb – 2650 millimetr.

Kia Ceed modelinin ön çıxışı 20 millimetr qısa, arxa çıxış isə eyni ölçüdə uzun olacaqdır. Baqaj bölümünün həcmi 15 litr artaraq 395 litrə çatıb. Arxa sərnişinlərin başı üzərində məkanı artırmaq məqsədi ilə, arxa oturacaqların səviyyəsi aşağı salınıb.

Ceed modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərrik, 140 at qüvvəli 1,4-litrlik turbomühərrik, həmçinin 115 və 136 at qüvvəli variantlarda təklif ediləcək 1,6-litrlik dizel aqreqatı daxil edilib. Güc aqreqatları mexaniki transmissiya ilə tandemdə çalışacaqdırlar. Turbomühərrik və dizel aqreqatını yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə də sifariş etmək olar.

Yeni modelin təchizatına 5, 7 və 8 düymlük displeyləri olan multimedia sistemi, havalandırmalı ön oturacaqlar, alın şüşəsinin qızdırılması və induksiyon doldurma sistemi daxildir. Kia Cedd beşqapılı hetçbek, liftbək və “yolsuzluq” modifkasiyalarında buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt