Hindistanın Mahindra&Mahindra qrupuna məxsus olan Automobili Pininfarina şirkəti PF0 elektrik hiperkarının interyerinin təsvirlərini dərc edib. İlkin məlumata əsasən, hiperkarın prototiplərini bu ayın sonunda keçiriləcək bağlı tədbirdə potensial alıcılara Nümayiş etdirəcəkdirlər.

Tirajı 150 nüsxədən ibarət olan hiperkarın istehsalı 2020-ci ildə başlanacaqdır.

Təsvirlərdən də göründüyü kimi, PF0 üç displeydən ibarət olan və minimalizm üslubunda tərtib edilmiş mərkəzi panelə sahib olacaqdır. Bu displeylərdə hiperkarın bortsistemlərinin göstəriciləri, cihazların məlumatları, həmçinin naviqasiya sisteminin tövsiyyələri əks olunacaqdır. Sükandan solda hərəkət rejimlərinin seçimi düyməsi, sağda isə ötürmələr qutusunun selektoru yerləşəcəkdir.

İnteryerin tərtibatında karbon lifindən, alkantaradan, əsl dəri və alüminiumdan istifadə ediləcəkdir. 

Pininfarina PF0 hiperkarının final dizaynı üçün ilham mənbəyi italyan atelyesinin Cisitalia, Modulo and Sintesi kimi məşhur konseptləri olub. Yeni hiperkarda atelye mütəxəssisləri firma diazyn üslubunu və atelye üçün xas olan «gözəllik və toxnolojilik» konsepsiyasını tətbiq etməyə cəhd göstəriblər. Pininfarina PF0 modelini Rimac şirkəti ilə birlikdə hazırlanmış elektrik güc qurğusu ilə təchiz edəcəkdirlər. Güc qurğusu ümumi gücü 2000 at qüvvəsi olan dörd elektromotordan ibarət olacaqdır. Yerindən 100 km/saat həddinə hiperkar iki saniyədən az müddətə sürətlənəcəkdir.  300 km/saat həddinə hiperkar 12 saniyəyə çatmalıdır.

Elektrokarın yürüş ehtiyatı 500 kilometr təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt