İlk dəfə Azərbaycanda məhz “Autostar Kaukasus” şirkəti 6 model Mercedes-Benz avtomobili sınaq sürüşü (Test-Drive) üçün təqdim etdi.

29 aprel 2017 ci il tarixində Mercedes-Benz markalı avtomobillərin Azərbaycanda rəsmi tərəfdaşı Autostar Kaukasus GmbH şirkəti avtomobillərin sınaq yürüşü (test drive) tədbirini həyata keçirdi. Tədbir Xəzərin sahilində, “Boulevard Hotel Baku Avtograph Collection “-da baş tutdu.

Autostar Kaukasus tədbirdə maksimal sayda - 6 test drive 3 sərgi avtomobillərini təqdim etmişdi. Belə ki aralarında yetəri qədər tanınmış jurnalistlərdən, məhşur incəsənət xadimlərindən, idmançılardan  o cümlədən, iş adamlarından ibarət iştirakçılar təqdim edilən avtomobilləri sürmək üçün növbəyə qoşuldular. Autostar Kaukasus şirkətinin tədbirdə təqdim etdiyi C klass, E-klass, GLC coupe, GLE, GLS və V klass avtomobillərinə olan maraq olduqca yüksək idi.

Şirkətdən verilən məlumata görə ən çox maraq GLS, GLE və E-klass modellərinə idi. Bunu test yürüşünə növbəyə duran iştirakçıların sayından da müşahidə etmək olardı. 

Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Belə ki, növbə ilə prestijli avtomobilləri sürməyi gözləyənlər DJ Seymin zövqlu musiqi sədaları altında “Boulevard Hotel Baku Avtograph Collection “ otelinin  ləziz təamlarından dadaraq, maraqlı və əyləncəli vaxt keçirdilər. Qeyd etdyimiz kimi test yürüşünə təqdim edilən avtomobillərdən başqa Autostar Kaukasus şirkəti daha 3 avtomobilini - Mercedes Benz E43, CLA,  GLC  modellərini  sərgilədi.

Qeyd edək ki, Babək prospekti 1145 ünvanında yerləşən Autostar Kaukasus GmbH şirkəti 2001 ci ildən etibarən məhşur avtomobil brendi Mercedes Benz markalı avtomobillərin istehsalçısı Daimler AG şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır.

Şirkət Mercedes-Benz markalı avtomobillərlə yanaşı ehtiyyat hissələrinin, akssessuarların zəmanətlə satışını və avtomobillərin servis xidmətlərini həyata keçirir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt