Aventador modelinin yerini tutacaq yeni Lamborghini superkarının təqdimatı 29 mart tarixində keçirilməlidir. Lakin italyan istehsalçısı artıq model haqqında təfərrüatları tədricən açıqlamağa başlayıb. Bununla belə, yeni superkarın adı hələlik məlum deyil – o, zavoddaxili LB744 kodu ilə işarələnib. Ancaq onun texniki hissəsi barədə bəzi təfərrüatlar dərc edilib. Yeni Lamborghini superkarı həqiqətən inqilabi bir avtomobil olmalıdır.

Əfsanəvi 6,5-litrlik V12 atmosfer mühərriki yerini qoruyub. Mühərrikin ikinci nəsli Aventador üçün hazırlanmışdı, ona görə də onu təqaüdə göndərmək hələlik tezdir. Buna baxmayaraq, italyan istehsalçısı genişmiqyaslı modernləşdirmə aparıb və nəticədə aqreqat yeni L545 indeksini alıb.

Yeni püskürtmə sistemi quraşdırılıb, sıxılma əmsalı 11,8:1-dən 12,6:1-ə çatdırılıb, aqreqatın ümumi çəkisi 235-dən 217 kiloqrama endirilib. Təkmilləşdirilmiş mühərrik daha yeyin sürətlənir, dövrlərin məhdudlaşdırılması 9500 dövr/dəqiqəyə qədər çəkilib. Lamborghini Aventador Ultimae modelinin mühərriki ilə müqayisədə maksimal güc 780-dən (8500 dövr/dəqiqə) 825 at qüvvəsinə qədər (9250 dövr/dəqiqə), fırlanma anı isə 720-dən 725 Nm-ə qədər (eyni 6750 dövr/dəqiqə) artırılıb.

Amma bu mühərrik Aventador modelindən qalan yeganə elementdir. Lamborghini LB744 plagin hibriddir -  şirkət onun üçün hətta HPEV (High Performance Electrified Vehicle) işarələməsini də fikirləşib. Buna görə də aqreqatların quruluşu tamamilə dəyişdirilib.

Mühəndislər ənənəvi tam ötürmə sistemindən E-4WD sisteminin xeyrinə imtina ediblər: ön təkərləri hərəkətə gətirmək üçün oxvari maqnit axını və yağ ilə soyutması olan fərdi elektrik mühərrikləri quraşdırılıb. Hər bir mühərrik 150 at qüvvəsi və 350 Nm hasil edir, fərdi idarəetmə isə dartma vektoruna nəzarət etməyə imkan verir.

Mərkəzi tuneldəki kardanı litium-ion dartma batareyası əvəzləyib. Onun tutumu kiçikdir (3,8 kilovat/saat), lakin batareya yüksək enerji mübadiləsi göstəricisinə malikdir. Batareyanı əvvəlcədən elektrik şəbəkəsindən doldurmaq olar: avtomobillə birlikdə 7 kilovat gücündə yükləmə cihazı çatdırılacaqdır. Ancaq ön təkərlərin mexaniki ötürməsindən imtina arxa güc modulunun yeni quruluşu ilə nəticələnib.

Uzunlamasına quraşdırılmış V12 mühərriki 180 dərəcə döndərilib, odur ki, ötürmələr qutusu artıq “salonda” deyil, arxa oxun üzərində köndələn şəkildə yerləşdirilir. Paylayıcı qutu və muftadan imtina kokpitin daha geniş olmasına şərait yaradıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha bir nüans: ötürmələr qutusunda arxa pillə yoxdur. Yeni Lamborghini superkarı yalnız elektrik dartması ilə arxaya hərəkət edə biləcəkdir. Buna ön elektrik mühərrikləri cavabdehdir, lakin elektronika sürüşkən səthi aşkarlayarsa, batareyada isə kifayət qədər cərəyan olarsa, o zaman arxa elektrik mühərriki də qoşularaq tam ötürməni təmin edəcəkdir.

Hələlik bunlar yeni superkarın açıqlanmış bütün xüsusiyyətləridir. Qalan təfərrüatlar təqdimat zamanı açıqlanacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.