Koronavirusun vurduğu böyük iqtisadi zərərlər bir çox aviaşirkətin planlarını dəyişməsinə səbəb olub. Yaxın Şərqin üç aparıcı hava yolları şirkətindən biri olan Qatar Airways sahib olduğu 57 ədəd (9-u 200LR, 48-i isə 300ER) Boeing 777 tipli təyyarələrdən imtina edəcəyini bildirib. Eyni addımı bir müddət əvvəl Emirates də atmışdı.

Bu proses 2024-cü ilə qədər mərhələli şəkildə aparılacaqdır. Qeyd edək ki, şirkət bu təyyarələri 2007-ci ildən etibarən parkına əlavə edib. Beləliklə, Qatar Airways  bu qərarla həm də QSuites sinifini ləğv etmiş olacaqdır. Şirkətin 60 ədəd Boeing 777X sifarişi var və bu sifarişlərlə bağlı hansı addımın atılacağı böyük maraq doğurur...