Avropa Komissiyası yeni avtomobillər üçün karbon dioksidi tullantıları normalarını sərtləşdirməyi təklif edir. Ekoloqların fikrincə, 2050-ci ilədək CO₂ səviyyəsini neytrallaşdırmaq üçün, Avropa İttifaqı on il ərzində minik avtomobillərinin atdığı zərərli tullantıların səviyyəsini 2021-ci ilin göstəricilərinə nisbətən 50% azaltmalıdır.

Avropa Komissiyası, Avropa Birliyinin qanunlarının hazırlanmasından məsul olan icra orqanıdır. Eyni zamanda, bu orqan ekoloji siyasətə də nəzarət edir. Agentlik zərərli tullantıların normalarını müəyyənləşdirir və istehsalçıları bu normaları pozduqlarına görə cəzalandırır. Reqlamentin mövcud versiyasına görə, 2021-ci ildən etibarən, model xətti üzrə ortalama göstərici bir kilometrə 95 qramdan çox olmamalıdır. Cari plana görə, tullantıların səviyyəsinin 37,5% azaldılması gərəkdır.

Automotive News Europe nəşrinin bildirdiyinə görə, Avropa Komissiyasının bu həftə təqdim edəcəyi yeni təklif layihəsində, 2030-cu ildən başlayaraq, karbon dioksidi səviyyəsinin 50% azaldılması barədə söz açılır.

Beləliklə, Avropa Komissiyası alman avtomobil sənayesinin nümayəndələri ilə qarşıdurmaya hazırlaşır: istehsalçılar ya böyük cərimələr ödəməli, ya da sıfır və az emissiyalı nəqliyyat vasitələrini (zero- and-low-emission vehicles - ZLEV) bazara çıxarmaq məcburiyyətindədirlər. Üstəlik, zərərli tullantıların hədəf göstəricisi belə avtomobillərin sayından birbaşa asılı olacaqdır. 2025-ci ilə qədər ZLEV avtomobillərinin payı 15%, 2030-cu ildən isə 35% olarsa, hədəf göstəricisi normanın beş faizi qədər artırıla bilər.

2019-cu ilin payızında Greenpeace ekologiya təşkilatı iri avtomobil istehsalçılarının qlobal istiləşmə prosesinə təsirini nümayiş etdirən hesabatı yayımlamışdı. 2018-ci ilin məlumatlarına görə, təkcə Volkswagen konserninin atmosferə atdığı istixana qazlarının səviyyəsinin, Avstraliyanın sənayesindən daha çox olduğunu göstərilmışdi.