Yenilənmiş Jeep Compass krossoverinin dünya tqdimatı keçən ilin payızında Çində baş tutub. Daha sonra yenilənmiş krossover yerli istehsalının həyata keçirildiyi Hindistan və Cənubi Amerikada debüt edub. İndi isə Avropa bazarı üçün nəzərdə tutulan versiya işıq üzü görüb.

Köhnə Dünyada satılan model  yerli istehsaldır: krossoverin istehsalına ötən yay İtaliyada başlanılıb və yerli bazar üçün krossover yenidən qurulmuş şassiyə və fərqli mühərrik çeşidinə sahib olub. Hazırda Jeep şirkətinin Avropadakı satışlarının 40 faizini Compass modeli təşkil edir. Yeniləmə digər bazarlar üçün nəzərdə tutulan modellər ilə eyni şəkildə reallaşıb.

Jeep Compass S

Zahiri cəhətdən Compass demək olar ki, dəyişməyib: fənərlər bir qədər nazik olub, yeni ön bamper bütün eni boyu uzanan iri qara əlavə ilə seçilir. Sport, Longitude and Limited "adi" təchizat səviyyələri ilə yanaşı, kuzov rəngində aerodinamik dəsti olan S variantı və Trailhawk ofroud  versiyası model çeşidində qalıb.  

Sonuncu versiya daha geniş giriş bucağı olan bamperi, artırılmış klirensi və kapotdakı tutqun qara rəngli əlavə ilə seçilir. Belə bir Compass modelinin yedək qarmaqları gizlədilsə də, digər bazarlarda onlar açıq şəkildə nümayiş olunurlar.

Jeep Compass Trailhawk

İnteryer tamamilə yenidir. Ön panel gizlənmiş yan havalandırma deflektorlarına, 10,25-düymlük virtual cihazlar panelinə və UConnect 5 media sisteminin çıxan planşetinə sahib olub. Təchizat səviyyəsindən asılı olaraq, ekranın diaqonalı 8.4 və ya 10.1 düym ola bilər. Android bazalı əməliyyat sistemi “hava” üzərindən yenilənməni, habelə Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir.

Bununla belə, Compass transmissiyanın ənənəvi qeydə alınan selektorunu və klimat-kontrolun analoq panelini qoruyub saxlayıb. Eyni zamanda, Compass Avropa bazarında ikinci səviyyəli magistral avtopilotu olan Highway Assist sistemini (zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol) alan ilk Jeep modelidir.

Avropada təklif edilən mühərrik keçidi dəyişməyib. Jeep Compass 1.3-litrlik benzin turbomühərrikləri ilə təklif olunur: 130 at qüvvəli variant mexaniki transmissiya, 150 at qüvvəli versiya isə iki “quru” muftası olan altı pilləli "robot" ilə təchiz edilir. Hər iki variantın fırlanma anı 270 Nm-dir.

Yalnız mexaniki transmissya ilə tandemdə çalışan 130 at qüvvəli (320 Nm) 1,6-litrlik Multijet II turbodizeli də yerini qoruyub. Bütün sadalanan versiyalar ön ötürməlidirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürmə sistemi yalnız təkrar doldurulan Compass 4xe hibridində mövcuddur. Qeyd etmək gərəkdir ki, Compass ailəsinin Avropa satışlarının dörddə birini bu modifikasiya təşkil edir. Ön təkərləri eyni 1,3-litrlik benzin “turbodördlüyü” hərəkətə gətirir, arxa təkərlər isə ayrıca elektrik mühərriki ilə idarə olunurkar.  Hibrid qurğu 190 və 240 at qüvvəli (270 Nm) variantlarda təklif olunur.

Yenilənmiş Jeep Compass modeli İtalyanın Melfi şəhərindəki zavodda istehsal ediləcək. Yenilənmiş krossoverlərin çatdırılma müddəti təxminən üç-altı ay arasındadır. Yenilənmiş krossover beş versiyada təqdim ediləcək: Sport, Longitude, Limited, S və Trailhawk, habelə 80th Anniversary "xoş gəldin" versiyasında. İtaliyada “yubiley” versiyasının qiyməti 36100 avrodur.