Avstraliyalılar sürprizləri sevirlər. Xatırlayırısız isə, bu yaxınlarda Hyundai şirkətinin yerli ofisi yeni nəsil Santa Fe krossoverini kabrioletə çevirmişdir. Bu dəfə isə, Volkswagen şirkətinin Avstraliya ofisi öz orijinallığı ilə fərqlənib.

Avstarliyalılar, 12-13 oktyabr tarixlərində  World Time Attack Challenge  yarışlarında iştirak edəcək Arteon modelini hazırlayıblar. Yeganə nüsxədə hazırlanmış  model ART3on adını alıb və fastbəkin 2,0-litrlik R-Line top versiyasının bazasında hazırlanıbdır. Kuzovun rənglənmə sxemini küçə rəssamı olan KADE kimi tanınan Saymon Marrey  hazırlayıbdır. Onun əsəri əvvəlcə xüsusi örtükdə çap edilmiş, sonra isə kuzova yapışdırılmışdır.

ART3on modelinin texniki hissəsi üzərində isə istehsalçının yerli bölümünün mütəxəssisləri çalışıblar.  Təkmilləşdirmələr zamanı mütəxəssislər avtomobilin turbomühərrikini yeni turbine, interkuler, giriş və çıxış sistemləri, yanacaq sistemi və yağlama sistemi ilə təchiz etmiş, həmçinin DSG qutusunun üzərində işləmişdirlər. Bu təkmilləşdirmələrdən sonra 280 at qüvvəli mühərrikin gücü 490 at qüvvəsinə, 350 Nm-lik fırlanma anı isə 600 Nm-ə yüksəlmişdir. ART3on 100 km/saat həddinə 3,9 saniyəyə ( minus 1,7 saniyə) sürətlənir.

Bundan başqa, VW Arteon Bilstein idman asqısına,  güclü APR əyləclərinə, Pirelli yarımsliklərinə, təhlükəsizlik karkasına, yarış oturacaqlarına, yanğınsöndürmə və yanacağın verilməsinin kəsilməsi sistemlərinə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt