Volkswagen şirkətinin Avstriya nümayəndəliyi özünün YouTube kanalında ID.3 elektrik hetçbekinin interyerinin bir hissəsinin görüntüləndiyi videoçarxı yayıb. Videoçarx sonradan silinsə də, oradakı görüntüləri kompyüterin yaddaşında saxlamağa imkan tapanlar olub.

Videoçarxda sükan qolunun üzərində quraşdırılmış virtual cihazlar paneli və məlumat-əyləncə kompleksinin displeyi görüntülənib. Vitual cihazlar panelində sürət və elektron təhlükəsizlik sistemlərinin fəaliyyəti haqqında məlumat, naviqasiya sisteminin məsləhətləri və transmissiyanın seçilmiş rejimi göstəriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Transmissiyanın selektoru displeydən sağ tərəfdə yerləşdirilib və parkinq düyməsi olan kiçik fırladılan dəstək formasındadır. Avtomobilin funksiyalarının idarəedilməsi mərkəzi ekrana keçirilib. Ekranın altında isə, temperaturu tənzimləyən sensolru zolaq, həmçinin klimatik qurğunun, yardımçı sistemlərin və hərəkət rejimlərinin tənzimlənməsi üçün yeyin giriş düymələri yerləşdirilib. Bundan başqa, ID.3 təbii nitqi tanıyan və Hello ID çağırışı ilə aktivləşən səs yardımçısı ilə də təchiz ediləcəkdir.