Amerika Birləşmiş Ştatlarının Mayami şəhəri özünün gözəl qumluqları, canlı küçələri və ultralyuks gecə həyatı ilə seçilir. Bu şəhərdə fəaliyyət göstərən memarlar müştərilərinin tələblərini yerinə yetirmək üçün müxtəlif vasitələrə əl atırlar. Lakin, bu günə kimi heç kim 1,5 milyon dollarlıq qiyməti olan və cəmi 15 ədəd istehsal edilmiş Pagani Zonda R superkarından divar kimi istifadə etməyi düşünməyib.

Argentinalı idmançı Pablo Peres 8 milyon dollarlıq evinin qonaq otağını bir Pagani superkarı ilə bəzəmək qərarına gəlib. Yataq otağı ilə qonaq otağını sevdiyi avtomobillə ayıran argentinalı yerli medianın diqqətini öz üzərinə cəmləməyə müvəffəq olub.

Şokdasınızmı? O zaman size sakitləşdirə bilərik. Əslində divar olaraq istifadə edilən avtomobil əsl Pagani Zonda R deyil. “Belə bir avtomobili qonaq otağında bağlı qalmasına könlüm razı olmaz, - Peres bildirib. – Sportkarlar onlardan istifadə etmək üçün yaradılıbdır. Bu əslində sahib olduğum Zonda R modelinin dəqiq surətidir”.