Bir çoxları "bərkgedən" Mercedes-Benz avtomobillərini yalnız AMG modelləri ilə assosiasiya edirlər. Lakin, bu hər zaman belə olmayıb. Alman şirkəti AMG bölməsinin yaradılmasından öncə də "bərkgedən" modelləri buraxıb. Buna misal kimi, Mercedes-Benz 500E modelini göstərmək olar.

1989-cu ildə Mercedes-Benz şirkəti Porsche şirkətinə müraciət edərək W124 seriyasından olan sedanın şassisini radikal şəkildə dəyişərək, buraxılacaq yeni "bərkegən" model üçün uyğunlaşdırmağı xahiş edib. Porsche hər bir Mercedes-Benz 500E modelinin şassisini gücləndirərək, rənglənməsi üçün Zindelfingendəki zavoda göndərirdi. Rənglənmiş avtomobil yenidən Zuffenhauzenə qaytarılır və burada onun tam yığılması prosesi həyata keçirilirdi. Sonradan avtomobillər son yoxlamadan keçmək üçün Mercedes-Benz şirkətinə göndərilirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz 500E sedanı 500 SL modelindən götürülmüş 5,0-litrlik səkkizsilindrli atmosfer mühərriki ilə təchiz edilirdi. Güc aqreqatının hasilatı 322 at qüvvəsi və 480 Nm təşkil edirdi. "Bərkgedən" sedan 100 km/saat həddini 6,1 saniyəyə toplayır və 260 km/saat maksimal sürət həddinə malik idi.

Bu günlərdə Amerika Birləşmiş Ştatlarında 4416 nüsxəlik tirajla buraxılmış "bərkgedən" sedanlardan biri satışa çıxarılıb. 1991-ci ildə istehsal olunmuş sedanın odometrində 118578 kilometr yürüyüş göstəricisi vardır. Qeyd etmək lazımdır ki, avtomobil əla vəziyyətdədir - onun geniş təkər tağlarına malik olan qara kuzovu əvvəlki kimi möhtəşəm görünür. Avtomobilin salonu da yaxşı vəziyyətdədir və ağacdan hazırlanmış dekor elementlərinin bolluğu ilə seçilir. Modelin satış qiyməti 49.999 dollardır.

Mənbə: Carscoops