Amerika Birləşmiş Ştatlarında unikal Ferrari F40 superkarı satışa çıxarılıb. 1992-ci ildə istehsal edilmiş superkar 28 il müddətində özəl kolleksiyada saxlanılmış və bu müddət ərzində cəmi 193 mil (311 kilometr) qət etmişdir. Avtomobil müntəzəm olaraq texniki xidmətdən keçib, buna görə də vəziyyəti əladır.

Satışa qoyulan Ferrari F40 modeli ABŞ-a göndərilən 213 avtomobildən biridir. Superkar Ferrari F40 modelinin son partiyasına aiddir və karbon lifindən hazırlanmış qapı panelləri ilə fərqlənir. Çəkiyə qənaət etmək üçün, kondisioner istisna olmaqla, avtomobilin içərisində heç bir əlavə avadanlıq yoxdur: şüşələr əllə açılır, audiosistem ümumiyyətlə quraşdırılmayıb.

Salonun arxasında 478 at qüvvəsi və 577 Nm fırlanma anı hasil edən 2,9-litrlik ikiturbokompressorli səkkizsilindrli mühərrik yerləşir. Güc aqreqatı 5 pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Ötürmə- arxa oxadır. Ferrari F40 modelinin çəkisi cəmi 1100 kiloqramdır, buna görə də, superkar 100 km/saat həddini toplamağa 4,1 saniyə sərf edir və 320 km/saatın üzərində olan maksimal sürət həddinə malikdir.

1987-ci ildən 1992-ci ilə qədər Ferrari şirkəti 1315 ədəd F40 modeli buraxıb. Bununla belə, illər keçdikcə həyata qalan avtomobillərin sayı azalmağa davam edir. Müvafiq olaraq, növcud olan superkarların qiyməti də getdikcə artırr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

311 kilometr məsafəyə qət etmiş Ferrari F40 modelini satışa çıxaran avtosalon onun qiymətini səsləndirməyib. Bununla belə, demək olar ki, zavoddan indicə çıxmış kimi vəziyyətə malik olan F40 superkarının qiymətinin 1.5 milyon dolları üstələyəcəyinə şübhə etməmək olar.

Mənbə: Drivingemotions