Abarth markası «qaynar» 695 hetçbekinin 70°Anniversario adlı kolleksiya nəşrini təqdim edib. Hetçbek Fiat 500 modelinin «qaynar» versiyası olmaqla yanaşı, kuzov rəngi və tənzimlənən spoyleri ilə seçilir. Sonuncu yüksək sürətdə sabitliyin təmin edilməsinə xidmət göstərir.

Abarth mühəndisləri 695 70°Anniversario modelinə yarış avtomobillərində olduğu kimi, mexaniki tənzimləməyə malik olan spoyleri quraşdırıblar. Mexanizm 12 vəziyyətə malikdir ki, bu da onun hücum bucağını 0-60 dərəcə arasında dəyişməyə imkan verir. Spoylerin ən aqressiv hücum bucağına quraşdırılması sayəsində 200 km/saat həddində arxa oxa düşən yerəbasma gücü 42 kq təşkil edir. Spoylerin effektivliyi aerodinmaik boruda və Vallelunqadakı trekdə təsdiq edilib. Curvone dögəsindəki sükanla dəqiqləşdirilən trayektoriyaların sayı 40% azalıb.

Kolleksiya üçün nəzərdə tutulmuş Abarth 695 modeli Monza 1958 yaşıl çalarına boyanıb. Bu rəng 1958-ci ildə Monzada rekorda imza atan 500 Abarth modelinin rəngini təkrarlayır. Bundan başqa, avtomobilin kuzovuna boz rəngli Campovolo haşiyələri, xüsusi versiyanın emblemləri və Abarth markasının vinaj loqotipi vurulubdur. Abarth 695 70°Anniversario modelinin təchizatına 17-düymlük təkər diskləri, qırmızı supportları olan Brembo əyləc mexanizmləri və Record Monza aktiv səsboğucu sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

1949 (Abarth firmasının əsasının qoyulduğu il) nüsxədə buraxılacaq hetçbekin salonunda xüsusi olaraq yubiley versiyası üçün hazırlanmış Sabelt Tricolore oturacaq örtüyü və tirajın sayını göstərən lövhəciyi görmək olar. 

Abarth 695 70°Anniversario modeli 180 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Hetçbek 100 km/saat həddini 6,7 saniyəyə toplayır və 225 km/saat maksimal sürət həddinə malikdir.