Volkswagen şirkətinin Detroyt avtosalonunda təqdim etməyə hazırlaşdığə yeni nəsil Passat sedanının fotoşəkilləri peyda olub.. yeni avtomobilin şəkilləri Wheelsage saytında dərc edilib. Sonradan şəkillər silinsə də, Carscoops saytı onları öz bazasında saxlamağa müvəffəq olub.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, sedanın dizaynə o qədər də ciddi dəyişikliklərə məruz qalmayıb: radiator barmaqlığı genişlənib, işıq texnikası yenidən işlənibdir. Şəkillərdə təsvir edilmiş sedan avtomobilə aqressiv görkəm bəxş edən R-Line dəstinə malikdir. Bundan başqa, baqaj qapağının üzərində quraşdırılmış spoyler və "Passat" sözləri də diqəti çəkir.

Texniki cəhətdən yeni sedancari nəsildən cüzi şəkildə fərqlənir. Avtomobilin platforması və təchiz edildiyi 176 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriki dəyişilməz qalıb. MQB modul platformasına keçməkdən imtina edildiyinə görə, Passat hibrid güc aqreqatına və hətta virtual cihazlar panelinə malik olmayacaqdır. 

Yeni VW Passat sedanının təchizatına işıqdiodlarından fənərlər, avtomatik əyləcləmə sistemi, 8 düymlük sensorlu ekranı olan multimedia sistemi və adaptiv kruiz-kontrol daxil olacaqdır.

Image alt Image alt Image alt Image alt