Ortamühərrikli Audi R8 superkarları ailəsi təftişdən keçirilib. Bu ailəyə, alternativsiz 5,2-litrlik V10 FSI atmosfer mühərriki ilə təchiz edilən kupe və spayder daxildir. Xatırladaq ki, yayda 570 at qüvvəli mühərrik ilə təchiz edilən tam ötürməli versiyalar R8 modelinin modifikasiya çeşidindən çıxarılıblar. Hazırda tam ötürmə yalnız 620 at qüvvəli Audi R8 V10 performance modellərində mövcuddur. İndi isə dəyişikliklər arxa ötürməli versiyalara da gəlib çatıb.

Qeyd etmək gərəkdir ki, bu günə qədər R8 ailəsində arxa ötürməli performance versiyası yox idi. Ancaq indi Audi R8 V10 performance RWD modeli bazamodelini tamamilə əvəz edəcəkdir. Yeni versiyanın əsas xüsusiyyəti gücləndirilmiş mühərrikdir: əvvəllər 540 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən aqreqat, indi  570 at qüvvəsivə 550 Nm təklif edir.

Əlavə olaraq, özükilidlənən differensial, proqressiv yivli sükan reykası və karbondan hazırlanmış daha sərt köndələn dayanıqlılıq stabilizatorlarıda quraşdırılır. Əlavə ödəniş qarşılığında karbon-saxsıəyləc mexanizmlərini də  sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"Yüzlüyə" sürətlənmə vaxtı dəyişməyib: performance kupesi bu sürətlənməni 3,7 saniyəyə, spayder isə 3,8 saniyəyə həyata keçirir. Ancaq maksimal sürət həddi 5 km/saat artıb: kupedə bu göstərici 329 km/saat,spayderdə isə  327 km/saat təşkil edir. Müqayisə üçün: daha ağır tam ötürməli Audi R8 V10 performance modelləri 100 km/saat həddini 3.1-3.2 saniyəyə toplayır, lakin onların maksimal sürəti daha yüksəkdir - 329-331 km/saat.

Almaniyada Audi R8 V10 performance RWD modelinin yeni versiyalarını artıq sifariş etmək olar: kupenin qiyməti 149 min avro, spayderin isə 162 min avrodan başlayır. Bu, tam ötürməliR8 performance modelləri ilə müqayisədə 59 min avro azdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.