Bu il Italiyanın şimalındakı Komo gölünün sahilində keçirilən Concorso D'Eleganza at Ville D'Este Zəriflik müsabiqəsində dünyada yeganə nüsxədə mövcud olan Aston Martin Bulldog modeli debüt edib. 40 illik konsept-karın bərpası ilə məşğul olan mütəxəssislər qrupu avtomobili yenidən həyata qaytarmaq üçün bir neçə il sərf ediblər.

Klassik avtomobillər sərgisindəki təqdimatdan sonra, unikal kupe şəxsi kolleksiyada saxlanılmayacaq və onun yaradılmasının əsas məqsədi olan sürət rekordu qeydə almaq üçün sınaqlara çıxacaqdır.

Aston Martin Bulldog üzərində çalışmalar 1977-ci ildə başlanılıb - brend öz dövrünün ən sürətli avtomobilini yaratmaq niyyətində idi və buna görə də, qeyri-adi paz formalı silueti olan kupeni hazırlamışdı.

608 at qüvvəli 5,3-litrlik V8 turbomühərriki ilə təchiz edilmiş superkarı 200 mil/saat (322 km/saat) həddinə sürətləndirmək planlaşdırılırdı. Lakin 1979-cu ildə MIRA poliqonunda keçirilən yürüşlər zamanı sportkar 307 km/saat həddinə qədər sürətlənə bilmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Planlaşdırılan məqsədə çatmamaqla yanaşı, Bulldog modelini 15-25 nüsxə ilə buraxmaq ümidləri özünü doğrultmadı - avtomobilin inşasının istehsalçı üçün çox baha başa gələcəyi məlum oldu. Beləliklə, yeganə nüsxədə yığılmış superkar onilliklər ərzində anbarın bir kündcündə atılaraq qalmış oldu.

2020-ci ildə Bulldog superkarının yeni sahibi Filip Sarofim unikal avtomobili bərpa etmək üçün İngiltərənin Bridqnort şəhərində yerləşən və Aston Martin şirkətinin keçmiş sahibinin oğlu Riçard Qauntlettin başçılıq etdiiyi Classic Motor Cars atelyesinə müraciət edib.

Bərpa prosesi iki il çəkib və mütəxəssislər bu işə 6000 saat ağır əmək sərf ediblər. Onlar bəzi komponentləri təmir etməli, bəzilərini isə tamamilə sıfırdan yenidən yaratmalı olublar. İtaliyada keçirilən sərgidə Aston Martin Bulldoq superkarı Coppa d'Oro mükafatını - sərgi iştirakçıları tərəfindən müsabiqənin ən yaxşı avtomobilinə verilən mükafatı alıb və bu titula layiq görülən ən gənc avtomobil olub.

Avtomobilin yeni sahibi 2022-ci ildə konsept-karın yaradıcılarının 1979-cu ildə edə bilmədiklərini həyata keçirmək niyyətindədir - o, arzulanan 322 km/saat həddini fəth etməyi planlaşdırır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.