Aston Martin şirkəti Valkyrie hiperkarının yeni versiyasını hazırlayır. Markanın yayımladığı tizerdəki Valkyrie hiperkarının “qayçı-qapılara” və damı olmayan rodster kuzovuna malik olduğu görünür.

Yeni hiperkarın təqdimatı 12 avqustda Pebbl-Biçdə keçirriləcək məşhur Concours d'Elegance zəriflik müsabiqəsində keçiriləcəkdir. Eyni zamanda, Aston Martin şirkəti bu tədbirdə ABŞ-dakı satışların başlanmasının 70-illik yubileyini də qeyd edəcəkdir. Britaniya istehsalçısı Pebble Beach qolf klubuna baxan nəhəng 1000 kvadrat metrlik sahədə iki yeni modeli nümayiş etdirəcəkdir.

Aston Martin şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, əsas yenilik “şirkətin imkanlarını genişləndirən” bir avtomobil olacaqdır. Bununla belə Britaniya istehsalçısı avtomobil haqqında təfərrüatları açıqlamayıb, lakin tizerdən göründüyü kimi, söhbət Cosworth firmasının 1146 at qüvvəli 6,5-litrlik V12 mühərriki ilə təchiz edilmiş Valkyrie superhibridinin açıq versiyasından gedir.

Şəkildə modelin alın şüşəsini və oturacaq başlıqlarının yuxarı hissəsini, həmçinin standart modeldəki “qağayı qanadlı” qapıları əvəzinə quraşdırılmış şaquli açılan “Lambo-qapılarını” görürük.

Aston Martin şirkəti gələn həftə Valkyrie modelindən bir pillə aşağıda yerləşən Valhalla superkarını da ictimaiyyətə təqdim etməyi planlaşdırır. Karbon monokokunun ətrafında yığılmış və 4,0-litrlik V8 mühərrikinə əsaslanan benzin-elektrik güc qurğusu ilə hərəkətə gələn Aston Martin kupesi 999 nüsxəlik tirajla buraxılacaqdır.

İngilis istehsalçısı bu avtomobillərin yığılmasına iki il sərf etmək niyyətindədir.

Bundan başqa, ingilis istehsalçısı sərgidə daha bir əlamətdar hadisəni qeyd edəcəkdir - bu, ABŞ-da ilk avtomobilin satılmasının 70-ci ildönümünüdür. Şirkətdən verilən məlumata görə, istehsal olunan bütün Aston Martin avtomobillərinin təxminən dörddə biri Şimali Amerika bazarında satılmışdır ki, bu da, bu günə markanın qlobal satışlarının təxminən 30 faizini təşkil edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.