Aston Martin şirkəti Vantage ailəsinin ən güclü üzvü adlandırdığı, xüsusi seriyadan olan Vantage superkarını təqdim edib. Yeni superkar Formula 1 çempionatının təhlükəsizlik avtomobili üslubunda xüsusi eksteryer tərtibatına, təkmilləşdirilmiş asqıya və Mercedes-AMG istehsalı olan səkkizsilindrli biturbomühərrikə sahib olub.

Aston Martin Vantage F1 Edition modeli 535 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Adi Vantage ilə müqayisədə mühərrikin gücü 25 at qüvvəsi artıb, lakin fırlanma anı eyni qalıb. Mühərrik, trek üçün yenidən tənzimlənmiş səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə işləyir.

Kupe 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir, açıq modifikasiya isə eyni işə 0,1 saniyə daha çox vaxt sərf edir. Kupenin maksimal sürəti 314 km/saat, roadsterin isə 305 km/saatdır.

Xüsusi versiya üçün sükan mexanizmi və asqı sistemi yenidən tənzimlənib, amortizatorlar və yayları başqaları ilə əvəz edilib, həmçinin 21-düymlük təkər diskləri və karbon elementləri olan inkişaf etdirilmiş aerodinamik kuzov dəsti əlavə edilib. Sonuncu avtomobilin yerəbasma gücünü 200 kiloqram artırıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi Vantage modelinin salonu təhlükəsizlik avtomobili ilə eyni üslubunda hazırlanıb. İnteryer qara və boz rəngli alkantara ilə örtülüb, habelə parlaq açıq yaşıl zolaqlar və tikişlər ilə bəzədilib.

Aston Martin Vantage F1 Edition modeli 2021-ci ilin may ayında Avropadakı diler salonlarında peyda olacaqdır. Superkarın qiyməti 162.000 avrodan başlayır.