Audi şirkəti özünün ən yığcam kross-modelinin adını dəyişdiyini elan edib. Üç il əvvəl debüt etmiş, hündür Audi A1 Citycarver hetçbeki bundan sonra Audi A1 Allstreet adlanacaqdır. Avtomobilin özü dəyişməyib: o, hələ də 40 millimetr artırılmış klirensə, orijinal bamperlərə, kuzovun plastikdən müdafiə qurşağına və digər xırda dekora malik olan beşqapılı Audi A1 hetçbekidir. Yeni olanlar yalnız emblemlərdir. Almaniyada Audi A1 Allstreet modelinin qiyməti 23 200 avrodan başlayır.

Image alt Image alt Image alt

Şirkət kross-hetçbekin adının dəyişdirilməsi səbəbini açıqlamayıb. Ola bilsin ki, Audi şirkəti Citycarver adına görə bəzi patent problemləri ilə qarşılaşıb. Lakin, çox güman ki, marketoloqlar sadəcə olaraq kross-versiyaların adlarını vahid üsluba gətirmək qərarına gəliblər: önötürməli kompakt modellər Allstreet, tamötürməli daha böyük avtomobillər isə Allroad indeksi ilə işarələnirlər.

İlkin olaraq, A1 modelinə tamötürməli olmadığı üçün, ona Allroad indeksi verilməmişdi. Bundan əlavə, oxşar versiya tezliklə böyük Audi A3 hetçbekində də peyda olmalıdır: klirensi artırılmış prototiplər artıq sınaqlar zamanı qeydə alınıb.

Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, Audi A4 Allroad universalı üçün yeni Black Optics Pro opsiyalar paketi təklif edilir. Paketin tərkibinə genişlənmiş qara elementlər dəsti daxildir: güzgü gövdələri, yan pəncərə haşiyələri, damdakı reylinqər, buraxılış sisteminin çıxış boruları və bir çox element qara rəngə boyanmışdır. Yeni paketi 775 avroya sifariş etmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.