Audi şirkəti dünyəvi təqdimatı Şanxay avtosalonunda keçiriləcək yığcam Al:me pilotsuz nəqliyyat vasitəsinin ilk fotoşəklini dərc edib. Konsept üçölçülü naxışı olan dekor elementlərinə və genişləndirilmiş kommunikasiya imkanları olan futuristik interyerə sahib olacaqdır.Alman istehsalçısı bu avtomobilin gələcəyin meqaşəhərlərinin sitikarlarının necə olacağını nümayiş etdirmək istədiyini bildirib.

Konsept haqqında heç bir məlumat verilməyib. Yeganə məlum olan, onun müstəqil şəkildə hərəkət etdiyi və elektrik güc qurğusu ilə təchiz edildiyidir. Pilotsuz nəqliyyat vasitəsinin (PNV) dizaynı cari seriya modellərinin üslubunu 10-15 il qabaqlayır və Audi avtomobillərinin dizaynının təkamül yolunu nümayiş etdirir. PNV-nın interyeri də, dördüncü səviyyə avtonom idarəetmə sistemlərinin norma sayılacağı gələcəyə baxış cəhdidir.

Image alt Image alt Image alt Image alt Image alt