Audi şirkəti Q3 modelinin mühərrik çeşidini genişləndirməyə davam edir. Bu günlərdə alman istehsalçısı yığcam krossoverin mühərrik qammasına 2 benzin və iki dizel mühərrikini daxil etdiyini bildirib. Beləliklə, Audi Q3 modelini sifariş etmək arzusunda olanlar yeddi modifikasiyadan birini seçə bilərlər.

Benzin aqreqatlarının siyahısını 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik açır. Tələbat olmadıqda mühərrikin ikinci və üçüncü silindri söndürülə bilər. Güc aqreqatı 6-pilləli mexaniki və ya 7-diapazonlu S tronic “robotu” ilə tandemdə çalışır. Audi Q3 35 TFSI kimi tanınan modifikasiya 100 km/saat həddini 9,6 saniyəyə toplayır və 211 km/saat maskimal sürət həddinə malikdir.

Növbəti mühərrik isə 190 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikdir. S tronic “robotu” və quattro sistemi ilə tandemdə çalışan mühərrik Audi Q3 40 TFSI modelini 100 km/saat həddinə 7,4 saniyəyə sürətləndirir. Krossoverin maksimal sürəti 220 km/saatdır. Benzin mühərriklər xəttinin ən güclü variantı isə 230 at qüvvəsi və 350 Nm fırlanma anı təklif edir. Audi Q3 45 TFSI modeli 100 km/saat həddinə 6,3 saniyəyə sürətlənir və 233 km/saatlıq maksimal sürət həddinə malikdir.

izel mühərriklərinin siyahısını 150 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 2.0-litrlik TDI aqreqatı açır. Audi Q3 35 TDI modeli 100 km/saat həddinə 9,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 207 km/saatdır. Audi Q3 40 TDI modelinin kapotu altında isə 190 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel yerləşir. Ən güclü dizel modifikasiyası 100 km/saat həddinə 8,0 saniyəyə sürətlənir və 221 km/saat maksimal sürət həddinə malikdir.

Qeyd etmək lazımdır ki, 2,0-litrlik benzin mühərrikləri və ən güclü dizel aqreqatı ilə təchiz edilən krossoverlər standart olaraq quattro tam çəkiş sistemi ilə təchiz edilirlər. Bu ilin sonunda satışlarına start veriləcək Audi Q3 modelinin Almaniyadakı satış qiymətləri 33700 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt