Yeni Audi A3 ailəsinin ilk üzvünün altı ay bundan öncə təqdim edilməsinə baxmayaraq, İnqolştadt istehsalçısı ailəni genişləndirməyə davam edir. Bu gün növbə təkrar doldurulan hibrid qurğusu ilə təchiz edilmiş modifikasiyanındır. Audi A3 Sportback 40 TFSI e modeli A3 e-tron modelini əvəzləyib. Əslində iki model arasında elə də ciddi texniki fərq yoxdur.

Yeni A3 Sportback 40 TFSI e hetçbeki əvvəlki kimi 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən  1.4-litrlik benzin turbomühərriki və S tronic "robotuna" quraşdırılmış elektrik mühərriki ilə təchiz olunur. Lakin, elektromotorun gücü 102-dən 109 at qüvvəsinə qədər artırılsa da, fırlanma anı eynidır - 330 Nm. Hibrid qurğunun hasilatı dəyişməyib: 204 at qüvvəsi və 350 Nm. Ötürmə yalnız ön oxadır. Yeni A3 Sportback 40 TFSI e hetçbeki 100 km/saat həddini 7.6 saniyəyə toplayır və 227 km/ saat maksimal sürət həddinə malikdir. Elektrik ötrüməsi ilə hetçbek 140 km/saata qədər sürətlənə bilər.

Yeni 13 kilovat-saatlıq dartma batareyası sayəsində  elektrik ötürməsi ilə qət edilən məsafə 50-dən 67 kilometrə (WLTP) artırılıb. Güc qurğusu bir neçə rejimdə işləyə bilər: məsələn, batareyadakı cərəyanın  səviyyəsini qorumaq (şəhərdəki "yaşıl zonaya" girməzdən əvvəl) və ya rekuperasiyadan istifadə edərkən batareyanı doldurmaq olar. Standart 2,9 kilovat-saatlıq terminaldan batareyanın tam doldurması təxminən dörd saat çəkəcəkdir.

Qalan cəhətdən Audi A3 Sportback 40 TFSI e modeli digər A3 modellərindən praktik olaraq fərqlənmir. Hibrid modifikasiyanı ön qanaddakı əlavə qapaq sayəsində tanımaq olar. Bundan başqa, şirkət nümayəndələri yeni dizaynı olan 16-düymlük təkər disklərinə diqqət yetiriblər. Əlavə ödəniş ilə, 17 və 18 düymlük təkər disklərini də sifariş etmək olar. Virtual cihazlar panelində taxometr əvəzinə, batareyadakı cərəyan səviyyəsi, yürüş mənzili və güc qurğunun seçilmiş iş rejimini enerji mübadiləsi şkalası peyda olub. Baqaj bölməsinin həcmi döşəmənin altına yerləşdirilmiş batareyaya görə 280 litrə (-100 litr) qədər azalıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropanın əksər bazarlarında hibrid hetçbekin satışları bu ilin payızında başlanacaqdır. Hibrid hetçbekin Almaniyadakı satış qiyməti 37.470 avro başlayır. 40 TFSI e versiyasından sonra, istehsalçı hibrid hetçbekin daha güclü modifikasiyanı təqdim etməyi hazırlaşır. Çox güman ki, yeni hibridin təqdimatı bir neçə həftə ərzində baş tutacaqdır.