Dizel mühərriki ilə təchiz edilmiş “qaynar” Audi S6 və S7 Sportback modellərinin ardınca, Audi S5 Coupe və S5 Sportback modelləri də dizel versiyalarına sahib olublar. Alman istehsalçısının dərc etdiyi mətbuat açılamasında S5 modelinin açıq kuzovlu variantı barədə heç bir məlumat verilməyib.

Texniki cəhətdən Audi S5 kupe və liftbeki bu yaxınlarda təqdim edilmiş Audi SQ5 TDI modeli ilə unifikasiya edilibdirlər. Hər üç avtomobilin kapotunun altında EA897 mühərrikinin ən güclü variantı yerləşibdir: 3,0-litrlik dizel mühərriki yeni porşenlərə, sürgü qoluna, dirsəkli vala və yağlama sisteminə malik olub. Silindirlər bloku və başlığı isə soyutmanın ayrı konturları ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Bununla yanaşı, “qaynar” modellər sadə hibrid hissəyə də malikdirlər. 48-voltluq şəbəkədən qidalanan startyor-generator sürətlənmənin ilk saniyələrində yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.

Adi turbokompressora, qanadcığı 70 min dövr/dəqiqəyə qədər sürətləndirən yeddi kilovatlıq mühərriki olan elektrik kompressoru yardım edir. Ənənəvi 12-voltluq sistem bu yükə dözmədiyinə görə, güc qurğusu 48-voltluq şəbəkə və 10 amper-saatlıq litium ion batareyası ilə dəstəklənir. Elektrik kompressoru 1650 dövr/dəqiqəyə kimi effektivdir, sonra isə adi turbokompressor tam gücü ilə çalışmağa başlayır. Audi S5 Coupe və S5 Sportback modellərində quraşdırılan aqreqatın hasilatı 347 at qüvvəsi və 700 Nm-dir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dizel mühərrikli “qaynar” kupe 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir. S5 Sportback TDI modeli isə bu işə 4.9 saniyə sərf edir. Hər iki modelin maksimal sürət həddi 250 km/saat həddində məhdudlaşdırılıb. Müəyyən bazarlarda S5 ailəsi 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik TFSI mühərriki, səkkiz pilləli S-tronic və quattro tam çəkiş sistemi ilə təklif ediləcəkdir.Dizel mühərrikli  S5 Coupe və S5 Sportback modellərinin Avropadakı satışlarına gələn ay başlanacaqdır.