Yeni nəsil Audi S8 sedanının dörd ay bundan öncə təqdim edilməsinə baxmayaraq, alman istehsalçısı “qaynar” bayraqdarın dinamik xarakteristikalarını bu günlərdə açıqlayıb. Məlum olduğu kimi, D5 kuzovlu Audi S8 modeli 571 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. “Qaynar” sedan 100 km/saat həddini toplamağa 3,8 saniyə sərf edir. Bundan başqa, İnqolştadt istehsalçısı sürətlənmənin ilk anlarında daxili yanma mühərrikinə yardım edən 48 voltluq “yumşaq” hibrid sistemin qarışıq rejimdə 100 kilometrə 0,8 litr yanacağa qənaət etməyə imkan verdiyini bildirib.

Xatırladaq ki, eyni sürətlənmə göstəricisinə Audi S8 modelinin əvvəlki nəslinin xüsusi versiyası olan  605 at qüvvəli S8 Plus sedanı malik idi. Rəqiblərə gəldikdə isə, 585 at qüvvəli 6,6-litrlik V12 mühərrikinə malik olan BMW 760 Li (G12) modeli də bənzər göstəriciyə malikdir.  612 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilmiş uzunbazalı Mercedes-AMG S63 modeli isə 0,3 saniyə yeyindir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi S8 sedanın baza təchizatına idman differensialı, tam idarələnən şassi və yana əyilmələrin qarşısını alan  aktiv asqı sistemi daxildir. Opsional avadanlıq siyahısına 21-düymlük təkər diskləri və öndə 10-porşenli supportları olan karbon-saxsı əyləc mexanizmləri daxil edilib. Bu sistem 9,6 kq çəkiyə qənaət etməyə yardım edir. Bundan başqa, avtomobilin əlavə təchizatına massaj funksiyasına malik olan havalandırmalı ön oturacaqlar da daxil edilib.

D5 kuzovunda olan Audi S8 sedanı ilk dəfə olaraq 130 mm uzadılmış təkər bazasına malik olan uzunbazalı versiyada təklif ediləcəkdir. Şimali Amerika, Çin və Cənubi Koreya bazarlarında isə “qaynar” sedanın yalnız uzunbazalı variantı satılacaqdır. Audi S8 modelinin Avropadakı satış qiyməti 140 min avrodan başlayır.