Audi şirkəti RS ailəsinin növbəti üzvünü təqdim edib. Yenilənmiş Audi RS4 Avant aqressiv görkəmə və V6 mühərrikinə malikdir. Yeniliklər adi universalda olduğu kimidir. Sadəcə RS4 daha aqressiv kuzov dəstinə və RS modellərinə xas olan səsboğucu sistemin ovalşəkilli çıxış borularına malikdir. Ön işq texnikası qara haşiyəyə malik olan matrisa fənərlərdən ibarətdir.

İnteryerdəki yenilik multimedia sisteminin 10,2-düymlük ekranından ibarətdir. Sürücüyə yönəldilən bu ekranda RS modellərinə xas olan məlumatlar təsvir olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi RS4 Avant modeli 450 at qüvvəsi v' 600 Nm hasil edən 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki və 8-pilləli Tiptronic ötürmələr qutusu ilə təchiz edilir. “Bərkgedən” universal standart olaraq 19-düymlük təkərlər ilə təchiz edilir. Əlavə ödənişlə 20-düymlük variantı da sifariş etmək olar. Audi RS4 Avant modelinin 100 km/saat həddini 4,1 saniyəyə topladığını bildirib.

2020-ci ildə Avropada satışa çıxarılacaq Audi RS4 Avant modeli 81400 avrodan başlayan qiymətlər ilə satılacaqdır.