Rusiyanın sənaye və ticarət nazirliyi Aurus Komendant ofrouderinin ilk nümunəsinin şəkillərini dərc edib. Avtomobil nazirliyin rəhbəri Denis Manturova təqdim edilib. Təqdim edilmiş şəkillər avtomobilin xarici görkəmi barədə məlumat verməsə də, ofouderin patent təsvirləri bu barədə mülahizə yürütməyə imkan verir.

Patent təsvirlərindən göründüyü kimi, Komendat modelinin dizaynı sedan, limuzin, kabriolet və Arsenal miniveninə bənzər olacaqdır. Ofrouderin əsasını Vahid modul platforması (VMP) təşkil edəcəkdir. Avtomobillərin texniki hissəsi dəı ümumi olacaqdır. Ofrouder 4,4-litrlik V8 mühərriki və elektromotor-generator daxil olan hibrid qurğusu, 9-diapazonlu KATE avtomatik ötürmələr qutusu, həmçinin ön oxun qoşulma muftası olan tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt